Əsas Səhifə > Sosial, Manşet > İRANLI AYƏTULLAH BU DƏFƏ «QUŞU GÖZÜNDƏN VURDU»
İRANLI AYƏTULLAH BU DƏFƏ «QUŞU GÖZÜNDƏN VURDU»22-04-2013, 09:30 |
AMİLİ İRANI İNKİŞAF ETMİŞ, AZƏRBAYCANI İSƏ GERİDƏ QALMIŞ HESAB EDİR DİA.AZ: - Özünün antiAzərbaycan ruhlu xütbə və moizələri ilə diqqətə gələn Ərdəbilin imam cüməsi Seyid Həsən Amili bu həftə də ağzını Allah yoluna qoyaraq tarixi vətəni olan Azərbaycanın yeganə müstəqil hissəsi - Quzey Azərbaycan dövləti əleyhinə danışıb ki, bu dəfə fars millətçilərinə nökərçilik yolunu tutan iranlı dindar hətta özünün absurd fikirləri ilə hər kəsdə gülüş yaratmağı da bacarıb. Belə ki, xütbəsində Quzey Azərbaycan dövlətini İran adlanan ölkədən geri qaldığını söyləyən Həsən Amili bunu son zamanlar Azərbaycan vətəndaşlarının müalicə üçün əsasən İrana üz tutması faktları ilə əsaslandırıb. DİA.AZ bildirir ki, əslində Azərbaycan vətəndaşlarının İrana müalicə üçün üz tutmasında yeganə səbəb səhiyyənin sözügedən ölkədə ucuz olması faktı olsa da, Seyid Şəsən Amili bu faktı fars şovinistlərinin işinə yarayan tərzdə izahlayıb. Onunla bağlı «AranNews» portalında yer alan məlumatı olduğu kimi diqqətinizə təqdim edirik: «Höccətül-islam vəl-müslimin doktor Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində imperialist ölkələrin və dünyanın küfr başçılarının həmişə cəmiyyətin zövqünü müxtəlif vasitələrlə özlərinin istək və hədəfləri istiqamətinə yönəltməyə çalışmalarına işarə edərək deyib: bu barədə Azərbaycan Respublikasından məsəl və nümunələr qalacaq. Bu ölkənin mətbuat və televiziya kanalları kamera qarşısına çılpaq çıxmaqla populyarlaşan qadın sənətçiləri ölkənin gəncləri üçün ülgü və örnək kimi təqdim edirlər. Bu səhnəni görən azəri gənc artıq özündə elm və təhsilə maraq hiss etmir. Çünki məşhur olmağı və varlaşmağın yolunu alim olmaqda yox, çılpaqlıqda axtarır. Bu da ölkədə təhsil səviyyəsinin aşağı enməsinə və buna tabe olaraq səhiyyənin acınacaqlı, hətta bir çox dünya ölkələrindən aşağa səviyyəyə düşməsinə səbəb olur. Buna görə də ölkə xalqı müalicə məqsədilə xarici ölkələrə, o cümlədən İran İslam Respublikasına-Təbrizə, Ərdəbilə üz tuturlar. Bundan da pis odur ki, Azərbaycan dövləti ölkə xalqını özlərinin geri qalmalarının və bədbəxtliklərinin səbəblərini başa düşməyə qoymur. Mənim Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına tövsiyəm budur ki, İran İslam Respublikası əleyhinə mövqe tutmaqdan və nahaq danışmaqdansa ölkələrindəki acınacaqlı və çox aşağı səviyyədə olan təhsil və səhiyyə problemlərinin həlli fikrində olsunlar». Geri qayıt |