Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KLİNİKALARDA RƏSMƏN BAZAR AÇILIB

KLİNİKALARDA RƏSMƏN BAZAR AÇILIB


22-04-2013, 10:33
KLİNİKALARDA RƏSMƏN BAZAR AÇILIB
NƏ ÖZƏL... NƏ DÖVLƏT... BAZARDIR!!!

Azərbaycanda fəaliyyət göstərən özəl klinikalarda dəhşətli pul yığımının həyata keçirildiyinə dair məlumatlar yayılmaqdadır. Ölkənin səhiyyə sistemində adi hala çevrilmiş bu olayların daha da artması isə insanları şoka salmaqdadır.
TİA.AZ xəbər verir ki, artıq bir neçə klinikada analizlərə və müayinələrə görə tələb olunan məbğəlin artması ciddi narazılığa səbəb olub. Sosial şəbəkələrdə yayılmış məlumatlarda deyilir ki, «Medikal senter» və digər bu kimi klinikalarda analizlər üçün tələb olunan pulun miqdarı 250 manata qədər yüksəlib. Etiraz edildikdə isə həmin rəqəm 190 manata qədər endirilir. Əks təqdirdə, daha çox pulun alındığı müşahidə olunur.
«Medikal Plaza» ilə bağlı gələn xəbərlər isə daha dəhşətlidir. Belə ki, burada bəzi tibbi avadanlıqlardan istifadənin günü olduqca böyük rəqəmlərlə ölçülür. Məsələn, bu yaxınlarda avtomobil qəzasına düşmüş şəxslərdən biri narkozdan ayıla bilmədiyi üçün süni apparata qoşulub. Həmin aparatdan gündəlik istifadənin qiyməti isə 700 manatdır. Gəncin iki aydın apparat vasitəsi ilə yaşadığı deyilir və bu isə təqribən 42 min manat deməkdir.
Analoji vəziyyət «Ömür» klinikasında da yaşanır. Bu barədə TİA.AZ-a verilən məlumatlarda vurğulanır ki, bu klinikada müalicə almaq istəyənləri soymaqla məşğuldurlar. Belə ki, xəstənin yaxınları öz adamlarının normal müalicəsini həyata keçirmək üçün ən azın 8-9 yüz manatlarından keçmək məcburiyyətində qalırlar. Üstəlik, «Ömür»ün yazdığı dərmanların da əksəriyyəti firmalara məxsusdur. Çünki həmin firmalarla anlaşan həkimlər bunun müqabilində pul alırlar.
«Andromed» adlı klinikada da eyni vəziyyətdir və burada da xəstələri soymaqla məşğul olduğu deyilir. Bu barədə məlumat verən vətəndaşlar deyirlər ki, sözügedən klinikada analizlər üçün tələb olunan məbləğ sözün həqiqi mənasında dodaq uçuqladır.
«Atlas» klinikasında isə bazarın hökm sürdüyü deyilir. Şikayətçilər bildirir ki, burada analizlərə görə tələb olunan 238 manatlıq məbləğə etiraz edənlər çox olduğundan həkimlər qiymətləri endirməyə başlayıblar. Hətta iş o yerə çatıb ki, etiraz edənlərə bu rəqəm 188 manat müəyyən edilib. Digərləri isə 238 manatı ödəmək məcburiyyətində qoyulur.
Respublika Klinik Xəstəxanası və Tibb Universitetinin Terapevtik Xəstəxanasında isə vəziyyət daha dözülməzdir. TİA.AZ-a şikayət edən şəxslər bildirir ki, bu klinikalarda 1 həftəlik müalicə xərci 1000 manatdır. Həkimlərə bununla bağlı irad tutulduqda isə deyirlər ki, problemi baş həkimlə həll etmək lazımdır. Çünki tələb olunan məbləği baş həkim istəyir.
Özəl və dövlət klinikalarında yaşanan indiki biabırçı durum isə belə izah olunur ki, hər şey planlaşdırılıb və kateqoriyalara bölünüb. Belə ki, özəl klinikalar həkimləri (A və B kateqoriya olmaqla) öz müəssisələrinə cəlb edirlər (transfer metodu). Və hər həkim ilə potensialına uyğun olaraq faiz müqaviləsi bağlanır. Əgər pasient qeydiyayta yaxınlaşıb hər hansı həkimin qəbuluna düşmək istəyirsə, o zaman onun ödədiyin məbləğin bir hissəsi həkimin öz balansına, digər hissəsi isə klinikanın balansına köçürülür. Əgər həkimin klinika ilə müqavilə faizi aşağıdırsa, klinika qiyməti bazara uyğun olaraq yüksək tutur. Amma klinika rəhbərliyi faizi aşağı olanı həkim qəbulunun endirimin limitini də qeydiyyat şöbəsinə bildirir. Yəni, siz etiraz etməsiniz o endirim edilməyəcək. Bu əksər laborator xidmətlərə şamil olmur, çünki analiz üçün reaktivlər xaricdən gəlir və kimyəvi maddələrə gömrük rüsumu yüksəkdir.
Bir məsələni qeyd edək ki, yüksək qiyməti əsasən A kateqoriya (elmi adı, xaricdə işləmiş, böyük pasient bazası olan) həkimlərdə olur. Onlar əsasən 85/15 % prinsipi ilə işləyirlər. Və qəbulunun qiymətini özləri təyin edirlər.
Yazıda adları keçən klinikaların da mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt