Əsas Səhifə > Sosial, Manşet > GÖMRÜK SİSTEMİNDƏ ACIMASIZ DÖYÜŞ BAŞLAYIR
GÖMRÜK SİSTEMİNDƏ ACIMASIZ DÖYÜŞ BAŞLAYIR22-04-2013, 11:18 |
HİKMƏT MƏMMƏDOV AYDIN ƏLİYEVİ YENƏ BİLMƏSİ ÜÇÜN HƏRƏKƏTƏ KEÇİB DİA.AZ: - Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədovla bağlı mətbuatda çox məlumatlar verilib. Elə son olaraq da xanım iş adamlarından biri Hikmət Məmmədovun rəhbərlik etdiyi gömrükxananın əməkdaşlarından olan gileyilə bağlı ölkə başçısına müraciət etmişdi. Bildirək ki, Hikmət Məmmədov bəlkə də gömrük idarəsi rəhbərləri arasında ən böyük sərvətə malik olanlardan biridir. Hətta onun geniş imkanları səbəbindən gizli oliqarxlar sırasında olduğu da söylənilir. Təxmini olaraq varidatının 400-500 milyon ABŞ dolları həcmində olduğu söylənilən Hikmət Məmmədovun Astara kimi mühüm bir sərhəd-keçid nöqtəsinə rəhbərlik etməsi əslində hər şeyi ortaya çıxarmış olur. Ən azından sözügedən keçid məntəqəsinin ölkəmizdən keçən narkotranzitdə mühüm məntəqə olduğunu nəzərə almağımız elə yetərlidir. Bundan əlavə, Astara gömrük məntəqəsi İranla Azərbaycan arasında əsas girih-çıxış qapısı olması səbəbindən də gəlirlilik baxımından kifayət qədər cəlbeidici hesab olunur. Elə buna görədir ki, Hikmət Məmmədov həm də cəmiyyət arasında «Rokfeller» ləqəbilə tanınır. Bəzi məlumatlara görə, artıq gömrükdəki işindən usanan, daha doğrusu, əlindəki sərvəti rahat-rahat xırıd etməyi məqsəd edən Hikmət Məmmədov bir ara Quba rayonuna icra başçısı getməyi də düşünürmüş və hətta mətbuatda yer alan məlumatlarda deyilirdi ki, yaxın ətrafının yanında Astaranın baş gömrükçüsü «2 milyon verməyə hazıram» ifadəsini də işlətmişdi. Bu səbəbdən də Hikmət Məmmədovun keçən ilin 1 mart olayları zamanı Qubadakı hadisələrdə maraqlı tərəf olması da mətbuat səhifələrində bir ştrix kimi öz əksini tapdı. Doğrudur, bu məsələnin üzərinə yeriyən olmadığından hadisə elə gündəmə gəldiyi kimi də unuduldu. İndi isə Hikmət Məmmədovun gömrük orqanları xətti ilə yüksəlmək niyyətinin olduğu söylənilir. Bu barədə DİA.AZ-a danışan mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, Hikmət Məmmədov Dövlət Gömrük Komitəsinin rəhbəri olması üçün yollar axtarır: «Hətta mətbuatda Aydın Əliyevin «qaralayan» yazıların arxasında da bu adamın dayandığı məlum olub. Hər halda, bütün yazılar sözügedən xəttə aid olmasa da, gömrüklə bağlı əksər ifşaedici faktların məhz Hikmət Məmmədovun başının altından çıxdığını artıq DGK rəhbərliyi də təsbit edib». Bu səbəbdən Hikmət Məmmədovla DGK şefi Aydın Əliyevin üz-üzə gəldiyini bildirən mənbəmiz əlavə etdi ki, tərəflər bir-birilərini yenə bilmələri üçün hərəkətə keçiblər: «Kimin kimi yenəcəyi bəlli olmasa da, hələ irəlidə olan əsas döyüşün acımasız olacağı şəkksizdir». Geri qayıt |