Əsas Səhifə > Güney Press, Araşdırma > NAZİR POSTUNDAN ALINAN MİSİR MƏRDANOV DANIŞDI
NAZİR POSTUNDAN ALINAN MİSİR MƏRDANOV DANIŞDI22-04-2013, 11:26 |
"YENİ VƏZİFƏ TƏKLİFİ ALMIŞAM" Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a eksklüziv müsahibə verib. Sabiq nazir saytımıza müsahibəsində vəzifəsindən getmə səbəbləri və gələcək fəaliyyətinə dair suallarımızı cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir: - Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu? - Naziri vəzifəyə təyin edən də, vəzifədən azad edən cənab prezidentdir. Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz. - Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedəcəksiz? - Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcəksiniz. - Yeni təhsil nazirini tanıyırsınızmı? - Bəli tanıyıram. Cavan oğlandır. Bizim Universiteti bitirib. - Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təhsildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumiyyətlə, təhsildə islahatlar mümkündürmü? - Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm. Geri qayıt |