Əsas Səhifə > Dünya > SİDNEYDƏN TEHRANA BASQI

SİDNEYDƏN TEHRANA BASQI


6-12-2011, 12:26
SİDNEYDƏN TEHRANA BASQI

AVSTRALİYA İRANA YENİ SANKSİYALAR TƏTBİQ EDİR

Dekabrın 6-da Avstraliyanın baş naziri Kevin Radd İrana yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb. “Media forum” saytı xəbər verir ki, sanksiyalar İranın neft və maliyyə sektorlarını əhatə edir.

Raddın sözlərinə görə, Avstraliya hökumətinin qərarı Tehranda Britaniya səfirliyinə hücum və Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı barədə məruzəsi dalğasında verilib: “Yeni sanksiyalar İranın nüvə proqramına aid bir sıra şirkətləri və mülki şəxsləri əhatə edir, İranın neft və maliyyə sektorları ilə biznesə məhdudiyyət qoyur. Tehran BMT Təhlükəsizlik Şurası ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə proqramı sahəsində tələbləri istiqamətində konstruktiv addımlar atmalıdır”.

Avstraliya bundan əvvəl İranın neft və qaz sektoru ilə biznesə bir sıra məhdudiyyətlər tətbiq etmişdi.


Geri qayıt