Əsas Səhifə > Cəmiyyət > “QƏRBİ-AZƏRİ”DƏ NEFT HASİLATI BƏRPA OLUNDU

“QƏRBİ-AZƏRİ”DƏ NEFT HASİLATI BƏRPA OLUNDU


6-12-2011, 12:59
“QƏRBİ-AZƏRİ”DƏ NEFT HASİLATI BƏRPA OLUNDU

AMMA YARIYACAN...

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (operatoru VR) "Azəri" yatağında "Qərbi Azəri" platformasının modernləşdirilməsini uğurla başa çatdırıb və dekabrın 3-dən hasilatı bərpa edib.

BP-Azerbaijan-ın mətbuat xidmətinin məlumatına görə, platformada iş bu il noyabrın 15-də müvəqqəti dayandırılmışdı, oktyabrın 20-də isə beynəlxalq konsorsium "Şərqi Azəri"də (burda hasilat 6 noyabrda bərpa edilib) işlərə fasilə vermişdi.

Modernləşməyə qədər "Qərbi Azəri" platformasında VR-nin hesabatına görə, 2011-ci ilin III rübü üçün sutkada 213,8 min barrel neft çıxarılırdısa, 4 dekabrda hasilat 111 min barrel olub.

Qeyd edək ki, bu platformalar "Azəri-Çıraq-Günəşli " blokunda 6-7 ildir istismar edilir. VR və tərəfdaşları ötən ilin sonunda onları modernləşdirmək qərarına gəlib. Platformalar daha müasir və yüksək texnologiyalı avadanlıqla təchiz edilib. Məqsəd sabitliyi və təhlükəsizliyi artırmaqdır.


Geri qayıt