Əsas Səhifə > Güney Press, Araşdırma > MAHİR ABDULLAYEV NƏYİN QURBANIDIR?

MAHİR ABDULLAYEV NƏYİN QURBANIDIR?


23-04-2013, 10:38
MAHİR ABDULLAYEV NƏYİN QURBANIDIR?
ABU-NUN, YOXSA PUL "RAZBORKA"SININ?

Fəaliyyəti dayandırılmış ABU rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı bir sıra KİV-lərə yeni məktub göndərib. Hazırda Fransada sığınacaq tapmış sabiq rektor qardaşının oğurlanmasına görə MTN generalı Akif Çovdarovu ittiham edib və məktuba bir sıra fotoşəkillər əlavə edib. Bu fotolarda Mahir Abdullayev Akif Çovdarovla dəfələrlə birlikdə görünür.

Məktubda bir-birini təkzib edən ciddi faktlar var. Məsələn, E.Abdullayev müraciətin bu hissəsində Milli Təhlükəsizlik Nazirliyinin (KQB) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, MTN generalı Akif Çovdarovun adını çəkib deyir: “Bu foto-faktlar təsdiq edir ki, Akif Çovdarov Sverdlovsk vilayətində milyardlarla dollarla hesablanan taxta-şalban biznesi ilə məşğul olubdur. Bütün Azərbaycanı taxta-şalbanla təmin edibdir və digər biznes əməliyyatları ilə məşğuldur. Hazırda da həmin əlaqələri davam etdirir, baxmayaraq ki, Azərbaycan qanunvericiliyi MTN əməkdaşlarına belə fəaliyyətlə məşğul olmağı qadağan edir. Lakin, Akif Çovdarov hakimiyyətin üst qatına işlədiyi üçün belə qeyri-qanuni əməllərlə məşğul olur... A.Çovdarov ölkə iqtidarında ən yüksək vəzifə tutanlarln pullarını Sverdlovsk vilayətində (25 milyard dolar deyə iddia edir- T.) “fırladır”.

Sual olunur: əlində "fırlatmağa" 25 milyard pulu olan bir adam iş-gücünü atıb ABU-da adi bir dekan işləyən adamı oğurlamaq istəyər??? Adamı adətən pula, bir də namus məsələsinə, ya da siyasi rəqibliyinə görə oğurlatdırarlar. Maahirinki hansına aiddir???

İkincisi, E.Abdullayevin "Foto-faktlar təsdiq edir ki, o, Sverdlovsk vilayətində milyardlarla dollarla hesablanan taxta-şalban biznesi ilə məşğul olubdur. Bütün Azərbaycanı taxta-şalbanla təmin edibdir və digər biznes əməliyyatları ilə məşğuldur. Hazırda da həmin əlaqələri davam etdirir, baxmayaraq ki, Azərbaycan qanunvericiliyi MTN əməkdaşlarına belə fəaliyyətlə məşğul olmağı qadağan edir" cümləsinə diqqət edin: Necə olur ki, biznes fəaliyyəti MTN işçisi olan Mahirə olar, Çovdarova yox?!

Üçüncüsü, E.Abdullayev deyir: “Akif Çovdarov Mahiri oğurlamağa bir neçə dəfə cəhd etmişdir. İlk dəfə olaraq, 2003-cü ilin yanvar-mart aylarında Akif Çovdarov Mahiri şirnikləndirərək Rusiya Federasiyasının Sverdlovsk vilayətinə gətizdidirib. O, Mahirə Sverdlovskidəki taxta şalban zavodunu təklif edib. İkincisi, Akif Çovdarovun işçisi, müğənni Mətanət İsgəndərli Rusiya Federasiyasının Sverdlovsk şəhərində konsert vermək adı ilə Mahiri ora dəvət edib. Həmin ərəfədə banda istəyib ki, Mahiri orada saxlasınlar. Aşağıdakı fotolar Mahir Abdullayev ilə Akif Çovdarovun bir-birilərini yaxından tanımalarını təsdiq edir”.

Deməli, Mahir də o 25 milyardlıq alverin içində imiş, taxta-şalban alveri edirmiş, hətta Çovdarovun ona 300 min dollar borcu da var... Belə çıxmırmı ki, Mahiri Sverdlovskiyə göndərən Elşad olub, çünki zavod almaq üçün pul Elşad Abdullayevdə ola bilərdi... Və deməli, Mahirin itmə səbəbini də elə bu taxta-şalbanın "arasında" axtarmaq lazımdır... Hansı ki, E.Abdullayev özü məktubunda yazır ki, Mahirin Sverdlovskidə də taxta biznesi var imiş : "Akif Çovdarovun qohumu və yerlisi Qulu Cəfərovun əl yazmasına görə, onların Mahirə 300 min ABŞ dolları borcları vardır".

Yenə də pul iddiası! "Qardaş axtarırdı, pul tapdı!!!" buna deyərlər...
\ tezadlar \
Geri qayıt