Əsas Səhifə > Sosial, Manşet > ŞEYXİN QUDASININ AYAĞI MASALLIDAN KƏSİLƏ BİLƏR
ŞEYXİN QUDASININ AYAĞI MASALLIDAN KƏSİLƏ BİLƏR23-04-2013, 11:42 |
RAFİL HÜSEYNOV HACI MAHANIN OBYEKTLƏRİNİ ƏLƏ KEÇİRMƏK İSTƏYİR DİA.AZ: - Masallının yeni hesab olunan icra başçısı Rafil Hüseynovla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Rayondakı qaynaqların DİA.AZ-a bildirdiyinə görə, Masallının sabiq icra başçısı, hazırda Astara rayonuna rəhbərlik edən Qəzənfər Ağayevin obyektlərini ələ keçirən Rafil Hüseynov indi də Şeyxin qudası Hacı Mazanın Masallıdakı obyektlərini hədəfə alıb. Məlumatı verən mənbə bildirir ki, icra başçısının adamları neçə gündür ki, Hacı Mazana məxsus olduğu söylənilən Masallıdakı «Viləş» Otelə baş çəkərək, istirahət mərkəzi kimi fəaliyyət göstərən bu obyektin bağlanmasını tələb edirlər. Mənbənin söylədikləri: «Başçının adamlarına bu obyektin kimə məxsus olduğu söylənilsə də, İH-dən gələn elçilər «Rafil Hüseynovun göstərişidir» deyərək mövqelərində israr nümayiş etdirirlər». Mənbə bildirir ki, artıq məsələ Hacı Mazanın da qulağına çatıb və onun Rafil Hüseynovun bu həmləsinə necə reaksiya verəcəyi hələ bəlli deyil. Onu da bildirək ki, «Viləş» Otel bu günə kimi mətbuatda bəzi məmurların «xəlvət yeri» kimi də ad çıxarıb. Və bu oteldə hətta məmurların əylənə bilməsi üçün qonşu ölkələrdən də qızların gətirildiyi bildirilir. Redaksiyamıza məlumat verən mənbə bildirdi ki, icra başçısı eyni zamanda Hacı Mazanın Masallıdakı digər bizneslərini də hədəfə alıb: «Məsələn, Göy Məscidin palatka biznes idə Hacı Mazanın adamlarının əlindədir. İndi bu biznesə də əl qoyulması ehtimalı var. Bir sözlə, Rafil Hüseynov Masallıdan Şeyxin qudasının ayağını kəsməyi düşünür». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |