Əsas Səhifə > Dünya > BELÇİKA SEPARATÇILARDAN CANINI QURTARDI

BELÇİKA SEPARATÇILARDAN CANINI QURTARDI


6-12-2011, 14:19
BELÇİKA SEPARATÇILARDAN CANINI QURTARDI

FLAMANDLAR KOALİSİYADAN KƏNARDA QALDI

Belçikada il yarım sürən hökumət böhranına son verilib. “Media forum” saytının məlumatına görə, kral II Albert vallon (fransızdilli icma) Eli di Rüponu baş nazir təyin edib. O, Sosialist Partiyasının təmsilçisidir. Vallonlar 1981-ci, sosialistlər 1974-cü ildən bəri baş nazir kürsüsündə oturmamışdılar.

2010-cu ilin iyununda keçirilən parlament seçkisindən sonra Belçikada hökumət formalaşdırmaq mümkün olmurdu. Səbəb flamand separatçılarının hamıdan çox deputat yeri qazanması idi. İndiki hökuməti 6 partiya formalaşdırıb. Separatçı Yeni Flamand Alyansı koalisiyadan kənar qalıb.


Geri qayıt