Əsas Səhifə > Dünya > "SƏBİRLİ OLMAQ LAZIMDIR"
"SƏBİRLİ OLMAQ LAZIMDIR"24-04-2013, 09:30 |
Kürd məsələsinin həlli zamanı ehtiyatlı və dözümlü olmaq lazımdır. Ba barədə "Anadolu" agentliyi Türkiyə Prezidenti Abdullah Gülə istinadən məlumat verir. "Biz hər şeyə çəhrayı eynəklərin arasından baxmamalıyıq", - Gül kürd məsələsinin həlli prosesi ilə əlaqədar müxbirlərə bildirib. Barış və Demokratiya Partiyasından (BDP) olan millət vəkili Sirri Süreyya Önder bundan əvvəl bildirib ki, PKK aprelin 25-dən sonra Türkiyəni tərk edəcək. Həmçinin Prezident Gül vurğulayıb ki, həll prosesi tam tərk-silah ediləndən sonra davam ediləcək. Qeyd edək ki, Türkiyə ilə terrorçu Kürd Fəhlə Pariyası (PKK) arasında 25 ildən çoxdur davam edən münaqişə nəticəsində 40 mindən artıq insan həlak olub. Geri qayıt |