Əsas Səhifə > Sosial, Güney Press, Manşet > AZƏRBAYCAN PAYTAXTI SELƏ TƏSLİM OLDU
AZƏRBAYCAN PAYTAXTI SELƏ TƏSLİM OLDU24-04-2013, 09:40 |
DİA.AZ: - Dünən axşam saatlarından yağan güclü yağış neft ölkəsi olan Azərbaycanın paytaxtını iflic duruma saldı. Qısa müddət içində Hacıbala Abutalıbovun sevə-sevə tikdiyi, Ziya Məmmədovun əzizləyə-əzizləyə yollarına bəzək vurduğu Bakı şəhəri yağış sularına təslim oldu. DİA.AZ bildirir ki, artıq paytaxtın ayrı-ayrı əraziləri nəinki piyadalar, hətta sürücülür üçün də keçilməz olub. Ən acınacaqlı durum isə Bayıl qəsəbəsi ərazisindədir. Belə ki, qəsəbənin Gülüstan Sarayı istiqamətinə gedən yolda təxminən 1 metr 20 santimetr hündürlükdə göl əmələ gəlib. Eyni zamanda qəsəbənin ayrı-ayrı yerləri də bu şəkildə keçilməzə çevrilib. Budurmu xərclənən milyonların bəhrəsi? Əgər milyonların xərclənməsi sayəsində bu insanlar məhz bu kimi təbii hadisələr zamanı bir fayda görə bilmirlərsə, o zaman, cənablar, yarıtmaz işinizi etiraf edin. Ən azından bu gün Bakı yollarının kənarlarına yağış kanalizasiyası qoymağı unudan yol çəkənlərimiz (bilmirik, bu kimin monapoliyasıdır -red.) cəzalandırılmalıdır. Beləliklə, Bakının bəzi yerlərinin halı ilə tanış olun… Geri qayıt |