Əsas Səhifə > Sosial, Manşet > ELŞAD ABDULLAYEVƏ QARŞI TOTAL HÜCUM ƏMRİ VERİLDİ

ELŞAD ABDULLAYEVƏ QARŞI TOTAL HÜCUM ƏMRİ VERİLDİ


24-04-2013, 10:21
ELŞAD ABDULLAYEVƏ QARŞI TOTAL HÜCUM ƏMRİ VERİLDİ
KEÇMİŞ REKTORUN ƏLİNDƏKİ OBYEKTLƏRİNİN SAHİBİ DƏYİŞDİRİLƏCƏK

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin ərazisi və binası üzərində mülkiyyət hüququ ilə bağlı yeniliklər baş verə bilər. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən məlumat verilib.

Xəbəri verən qaynaq iddia edir ki, son zamanlar artıq özü hədəfə çevrilən keçmiş ABU rektoru Elşad Abdullayevlə bağlı qəti qərar var: «Bu qərara uyğun olaraq onun həm həbsi planlaşdırılır, həm də əlindəki varidatına əl qoyula bilər.

Artıq Elşad Abdullayev siyasətdə yerini müəyyən edib. O, Avropada hakimiyyət əleyhinə yaradılan təşkilata sədr müavini getməsilə səngərini nümayiş etdirdi. Bununla da hakimiyyət içində keçmiş rektor tərəfindən yayılan videoçəkilişlərdən faydalanmağa çalışan qüvvələrin də əl-qolunu bağlamış oldu.

Eyni zamanda Elşad Abdullayevin siyasi müxalifətlə məhrəm əlaqələri də ondan birdəfəlik imtinanı labüdləşdirdi».

Artıq keçmiş rektorun qələminin birdəfəlik qırıldığını bildirən mənbəmiz əlavə etdi ki, bu da son nəticədə Elşad Abdullayevin Azərbaycandakı varidatına əl qoyulması ilə nəticələnəcək: «Belə bir aqibəti zamanında keçmiş nazirlər Əli İnsanov və Fərhad Əliyev də yaşadı. Əllərində olanları itirdilər. İndi isə sıra Elşad Abdullayevdədir».

Mənbəmiz bildirir ki, Elşad Abdullayevin mülkiyyəti hesab olunan keçmiş universitet binası və ərazisi ilə bağlı bu günlərdə qərar veriləcək: «Həmin ərazinin özəlləşdirilməsi sənədlərinin məhkəmə yolu ilə ləğvi və təkrar özəlləşdirilməyə ççıxarılması gözlənilir. Bunun ardından da sabiq rektora məxsus digər obyektlər də bir-birinin ardından əl dəyişdirəcək».

Geri qayıt