Əsas Səhifə > Cəmiyyət > AĞDAMDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ

AĞDAMDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ


24-04-2013, 12:08
AĞDAMDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ
Ağdamın keçmiş icra başçısı Həsən Sarıyevlə bağlı vaxtilə mətbuatda kifayət qədər tənqidi materiallar dərc olunub. Onun rayona rəhbərlik etdiyi müddətdə yaratdığı qeyri-sağlam, son dərəcə gərgin vəziyyət barədə ağdamlılar hətta bu gün də ehtiyatla danışırlar. İnsanları müxtəlif bəhanələrlə şərləyib, sonra da həbsə atdırmaqdan belə çəkinməyən keçmiş icra başçısı Ağdam və ağdamlılarda indiyədək davam edən bir xof yaradıb. Həsən Sarıyev Ağdamın icra başçısı olduğu müddətdə rayonda vəziyyət həddindən artıq dözülməz olub. Hətta kənarda yaşayan ağdamlılar öz əzizlərinin toyuna belə gələ bilmirmişlər. Amma rayonda yaşayan insanların vəziiyyəti daha acınacaqlı idi. Bu baxımdan, həmin dövrdə Ağdamın Quzanlı sakinlərinin ölkə rəhbərliyinə ünvanladıqları müraciətin mətbuatda dərc olunmuş mətni də diqqəti cəlb edir: “Həyat şəraitimizin dözülməz olması səbəbindən Ölkə Prezidentinə və yuxarı təşkilatlara müraciətimizə görə Ağdam rayonu İcra Başçısı işləyən Həsən Sarıyev tərəfindən təqiblərə məruz qalmışıq. Çünki biz məcburi köçkünlərə rayon İcra Başçısı Həsən Sarıyev tərəfindən baxımsızlıq o həddə çatıb ki, bizlər məcbur olub Ölkə Prezidentinə və yuxarı təşkilatlara müraciət etməyə məcbur olmuşuq. Həsən Sarıyev isə həmişə haqq səsini çıxarıb Ölkə Prezidentinə müraciət edənlərin haqq səsini boğmaq üçün həmin müraciətlərin Prezidentə catmasına imkan vermir və demokratik hesab edilən bir Dövlətin bir rayonunda diktatura rejimi yaradaraq vətəndaş hüquqlarını qəddarlıqla tapdalamaq, onları qeyri-qanuni məhkəməyə vermək, təqiblərə məruz qoymaq və həmin şəxslərə şər böhtan atdırmaqla məşğuldur. Bir sözlə Azərbaycan Dövlətinin Qanunları Ağdam rayonunda işləmir. Əgər işləsəydi yuxarıda göstərdiyim qanunsuzluqlar və haqzızlıqlar bu rayonda ənənə halını almazdı. Həsən Sariyevin rayonda etdikləri bütün qanunsuzluqlar demokratik hesab edilən bir Dövlətdə yolverilməz hesab olunur...”

Böyük hissəsi erməni işğalında olan Ağdam rayonunda həmin dövrdə məmur özbaşınalıqları ən problemli bəlalardan birinə çevrilmişdi. Düşmən tapdağında inləyən Ağdamı vəzifə sahibləri də özlərinin savaş meydanına çevirmişdilər. Uzun illər bu rayon və onun əhalisi icra başçısı Həsən Sarıyevin və onun əlaltılarının işgəncələrinə dözməli olub. Onun icra başçısı olduğu dövrdə rayonda qəddar bir rejim hökm sürürdü. Səsini çıxaranları isə rayondan sürgün edirdilər. Beləcə, məmurlar hərəsi bir tərəfdən tökülüşüb rayonu dağıtmaqla məşğul olublar.

Təbii ki, bütün bu köhnə olayları xatırlatmağımız heç də səbəbsiz deyil. Artıq bir neçə müddətdir ki, davamlı olaraq kütləvi informasiya vasitələrinə Həsən Sarıyevin yenidən Ağdamın rəhbərliyinə gəlmək məqsədilə aktiv hərəkətə keçməsi barədə məlumatlar daxil olmaqdadır. Məlumatlarda qeyd olunur ki, Ağdam rayonunun keçmiş icra başçısı Həsən Sarıyev aktivləşərək rayonun hazırkı başçısı Nizami Sadıqovu postundan kənarlaşdırmaq kampaniyasına başlayıb. Bildirilir ki, Həsən Sarıyev Ağdam rayonunun Quzanlı kəndində müxalifətçilərə məxsus bir kafedə müxalifət partiyalarının üzvləri ilə mütəmadi görüşlər keçirərək əhalini etiraz mitinqlərinin keçirilməsinə təhrik edir. Mənbələrin verdiyi xəbərə görə Həsən Sarıyev insanları inandırmağa çalışır ki, Nizami Sadıqovun əleyhinə aksiyalar təşkil olunmalıdır. Bu zaman hazırki RİH başçısı vəzifəsində alınacaq və həmin posta yenidən H.Sarıyev təyin olunacaq. Bəzi iddialara görə ətrafına toplaya bildiyi şəxslərə böyük səxavətlə müxtəlif vədlələr paylayan sabiq icra başçısı hətta artıq ilk etiraz aksiyasını təşkil etmək ərəfəsindədir. Diqqəti cəlb edən daha bir maraqlı məqam isə bundan ibarətdir ki, məlumatlarda Həsən Sarıyevin Bakıda fəaliyyət göstərən müxalifət partiya sədrlərindən birinə maliyyə dəstəyi ayırmağa başladığı bildirilir.

Mənbə iddia edir ki, məhz bu dəstəyin qarşılığında həmin partiyanın Ağdam rayon təşkilatının bütün üzvləri Həsən Sarıyevin yanındadırlar və gözlənilən akisyanın əsas təşkilatçıları da onlar olacaqlar.

Geri qayıt