Əsas Səhifə > Dünya > MASONLAR ÜZƏ ÇIXDI

MASONLAR ÜZƏ ÇIXDI


6-12-2011, 16:06
MASONLAR ÜZƏ ÇIXDI

ONLAR AVROPA BİRLİYİ İLƏ DANIŞIQLARA BAŞLADI

"European" bildirir ki, "Demokratiya və paylaşılan rifah üçün əməkdaşlıq: demokratik haqq və azadlıqların dəstəklənməsində müştərək iradə" adlı toplantıya Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, Avropa Birliyinin sədri Herman van Rompey və Avropa Parlamentinin spikeri İrji Buzek qatılıblar.

Masonları isə toplantıda Fransa Böyük Şərq Lojasının sədri Qay Arçi, İtaliya Böyük Şərq Lojasının sədri Qustavo Raffi, Almaniya Birləşmiş Böyük Lojasının sədri Rudiqer Templin, habelə məşhur mason liderlər Yozef Asselberq, Pol Qasen, Radu Balanesku, Fernandu Lima, Vassilios Patkas, Dünyəvi Aksiya Mərkəzi sədri Pyer Qalan, İngiltərə Dünyəvi Cəmiyyət Birliyinin sədri Keyt Portes Vud və Beynəlxalq Dünyəvilik Mərkəzinin prezidenti Jan-Mişel Qallarde təmsil ediblər.

Geri qayıt