Əsas Səhifə > Sosial, Manşet > QƏBƏLƏDƏ FƏHLƏ ETİRAZLARI YENİDƏN ALOVLANIR

QƏBƏLƏDƏ FƏHLƏ ETİRAZLARI YENİDƏN ALOVLANIR


25-04-2013, 09:55
QƏBƏLƏDƏ FƏHLƏ ETİRAZLARI YENİDƏN ALOVLANIR
NARAZI FƏHLƏLƏRƏ PROBLEMLƏRİNİN HƏLL EDİLƏCƏYİ HAQDA VƏD VERİLİB

DİA.AZ: - Qəbələdə fəhlə etirazları səngimək bilmir. Bu barədə DİA.AZ-a rayon sakinləri məlumat veriblər və xəbərdə bildirilir ki, yenidən narazı fəhlələr aksiya keçirmək fikrindəddirlər. Xatırladaq ki, aprel ayının 4-də bir qrup fəhlə etiraz aksiyası keçirməyə cəhd etsə də, baş tutacaq aksiyanın qarşısını almaq üçün əraziyə əvvəlcədən cəlb olunan polis dəstələri aksiyanın qarşısını aldılar. Həmin gün aksiyada fəallıq göstərən iki nəfəri polis həbs etmişdi.

Bundan əvvəl isə - martın 25-də Qəbələdə "Azər-trans” tikinti şirkətinin bir qrup işçisi aksiya keçirmişdi. Onlar bir-neçə aydan qalan maaşlarının verilməsini və onlarla əmək müqaviləsinin uzadılmasını tələb etmişdilər.

Fəhlələr tələblərinin yerinə yetirilməyəcəyi halda yenidən aksiya keçirəcəklərini bildirmişdilər.

Bu gün isə yenidən fəhlələrin işi dayandırdığı və icra hakimiyyətinə doğru yürüş tədarükündə olduğu bildirilir. Rayondakı qaynağın söylədikləri: “Amma yerli icra strukturlarının nümayəndələri dərhal fəhlələrlə danışıqlar aparıblar. Onların bütün problemlərinin qısa müddət içində həll ediləcəyi haqda vəd veriblər. Hələlik fəhlələrin hansı qərarı verəcəyi məlum deyil. Çünki onlar dəfələlərlə bu cür vədlərlə aldadıldıqlarını deyirlər”.

Geri qayıt