Əsas Səhifə > Dünya > TÜRKİYƏ DƏ OBAMADAN NARAZI QALIB
TÜRKİYƏ DƏ OBAMADAN NARAZI QALIB25-04-2013, 10:04 |
ABŞ PREZİDENTİ ODLA SU ARASINDA Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Barak Obamanın 24 aprel açıqlamasının təəssüflə qarşılandığını bəyan edib. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bəyanatda deyilir: "Tarixi həqiqətləri təhrif edən bu açıqlamanın doğru olmadığını və təəssüflə qarşılandığını bildiririk. Mübahisəli tarixi hadisələrə aid belə açıqlamalar Türkiyə-Amerika əlaqələrinə zərər verir. ABŞ kimi mühüm bir müttəfiqimizdən gözlədiyimiz problemi daha da dərinləşdirmək deyil, problemin həllinə dair təkliflər verməsi, mövzunun tərəfsiz və elmi şəkildə araşdırılmasından qaçan erməni tərəfini həqiqətləri görməyə və razılığa gəlməyə cəsarətlənməsidir”. ABŞ prezidenti Barak Obama 24 aprel ermənilərin anma günü münasibətilə açıqlamasında, əvvəlki illərdə olduğu kimi, "soyqırım" sözünü söyləməyərək erməni dilində "böyük fəlakət" demək olan "meds yeghern" ifadəsindən istifadə edib. 98 il əvvəl Osmanlı imperatorluğunun son günlərində öldürüldüyü ya da ölümə göndərildiyi deyilən 1, 5 milyon erməninin xatirəsinə dünyanın digər yerlərində olduğu kimi, Amerikada da ehtiram göstərildiyini ifadə edən Obama 1915-ci il hadisələri ilə əlaqədar görüşlərinin dəyişmədiyini bildirib. Həqiqətlərin qəbul edilməsinin hər kəs üçün faydalı olduğunu vurğulayan prezident B.Obama deyib ki, keçmişin ağrılı hadisələrini rədd etməyən ölkələr daha güclü ölkələrə çevrilərək daha ədalətli və tolerant gələcəyin əsasını qoya bilər. Geri qayıt |