Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİ İQTİDARA QARŞI ORDU HAZIRLAYIR

ARDNŞ ŞEFİ İQTİDARA QARŞI ORDU HAZIRLAYIR


25-04-2013, 11:14
ARDNŞ ŞEFİ İQTİDARA QARŞI ORDU HAZIRLAYIR
YENİ SÖKÜNTÜ PLANI İQTİDAR ÜÇÜN SEÇKİQABAĞI SÜRPRİZLƏR VƏD EDİR

DİA.AZ: - Məmurlar seçki ərəfəsində sanki narazı eloktoratın sırasının genişləndirilməsi üçün növbəyə dayanıblar. Hər halda, bu gün tücyan edən məmur özbaşınalığının kimin kürsüsünün dibini qaşıdığı göz önündədir və burada bir sistemli fəaliyyət mexanizminin işlədiyini də görməmək mümkün deyil.

Xatırladaq ki, neçə müddət əvvəl Dövlət Neft Şirkəti Sulutəpə ərazisində qanunsuz elan etdiyi onlarla tiklinin sökülməsinə girişdi və neçə-neçə ailəni evsiz qoydu. DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlardan verilən məlumatlardan aydın olur ki, gələn ayın əvvəlindən etibarən ARDNŞ-in qanunsuz elan etdiyi evlərə yürüşü davam edəcək. Bu dəfə Xəzər və Xətai rayonu ərazisindəki evlərə «hücum planının» işləndiyini bildirən mənbəmizin sözlərinə görə, təxminən 15 minə yaxın evlə bağlı məhkəmə prosesini yekunlaşdıran Neft Şirkəti bu yöndə tədarük görür.

Xatırladaq ki, keçən ilin aprel ayında Sulutəpə ərazisində həyata keçirilən söküntü zamanı əhali ilə qanlı toqquşma yaşanmışdı. Halbuki keçən ilin yanvar ayında bu barədə mətbuata açıqlama verən ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılov bildirmişdi ki, qanunsuz tikililər sökülməyəcək. Yəni xalqın başının altına yastıq qoyan neftçilərimiz qəfil hücuma keçmişdilər.

İndi ola bilsin ki, yenə də ARDNŞ-dən «qanunsuz tikililər sökülməyəcək» kimi bir açıqlama eşidilsin. Amma buna kimin nə qədər inanacağı şübhəlidir. Və maraqlı orasıdır ki, Rövnəq Abdullayev bu planı ilə minlərlə vətəndaşı yenidən hakimiyyət əleyhinə küçələrə çıxmağa vadar etmiş olacaq.

Geri qayıt