Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QƏNİMƏT ZAHİDDƏN ÇAĞIRIŞ
QƏNİMƏT ZAHİDDƏN ÇAĞIRIŞ25-04-2013, 11:22 |
"CANİLƏR TAPILMALIDIR" Məlum olduğu kimi, Bolgexeber.com saytının rəhbəri Vasif Turanın iki uşağı faciəli şəkildə dünyasını dəyişib. Qobu qəsəbəsində evinin yandırılması nəticəsində iki uşağını itirmiş baş redaktor hələ də cinayətkarların tapılaraq, cəzalandırlmamasını bildirir. Bununla bağlı mətbuat nümayəndələri və cəmiyyətin fəal kəsimi də mövqelərini açıqlamağa başlayıblar. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, hadisə dəhşət doğurucudur. “Bu, əməlli-başlı faciədir! Mən dəfələrlə vurğulamışam ki,Azərbaycan inzibati terrorun tüğyan etdiyi bir ölkədir. Bu terror ən ağır faciələri belə insanların gözündə adiləşdirməyə nail olmaq üzrədir. Hərçənd, uşaqların öldürülməsi cəmiyyət üçün adiləşməməli idi və buna qonşunun faciəsi kimi baxmaq da ən ağır cinayətlərdən biridir. Bu canilər tapılmalı və onlardan hesab sorulmalıdır. İndi bunu etmək mümkün deyilsə, nə zamansa hökmən edilməlidir. Və xüsusi olaraq vurğulayıram ki, inzibati terror qurbanlarına qarşı açılmayan bütün cinayətlərin məsuliyyəti özünü vətəndaşların təhlükəsizliyinin qarantı elan edən şəxsin üzərindədir”. Geri qayıt |