Əsas Səhifə > Sosial, Manşet > İSMƏT ABBASOVUN YENİ TALAN SİYASƏTİ

İSMƏT ABBASOVUN YENİ TALAN SİYASƏTİ


7-12-2011, 11:49
İSMƏT ABBASOVUN YENİ TALAN SİYASƏTİ

NAZİRƏ YAXIN TİKİNTİ FİRMASI BÜDCƏ VƏSAİTLƏRİNİ TALAN EDİR

DİA.AZ: - Ölkə mətbuatında, xüsusilə də müstəqil qəzetlərdə dövlət məmurlarının qeyri-qanuni əməllri haqda çox yazılır. Artıq heç kimə sirr deyil ki, müvafiq sahələrə nəzarət edən ayrı-ayrı nazirlər həmin sektorların monopolistinə çevrilməkdədir. Bəzi zamanlarda bir-birinin »nəzarət zonalarına» daxil olmaq istəyən məmurların qarşı-qarşıya gəldikləri də az olmayıb. Bu isə ondan qaynaqlanır ki, məmurlar qazanclarını artırmaq fikriylə digərinin »qazanc sahəsinə» nüfuz etməyə çalışır və bu da təbii olaraq onlar arasındakı münasibətlərin pozulması ilə nəticələnir.

Əldə etdiyimiz məlumata görə, kənd təssərüfatı naziri İsmət Abbasov da »boyundan yuxarı» tullanmaq cəhdində bulunaraq özünü tikinti sektorunda da sınamaq niyyətinə düşüb. Hər halda daxil olan informasiyada kənd təssərrüfatı nazirinin bir tikinti şirkətinin əliylə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsədiyi qeyd olunur.

“Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) daxil olan şikayətdə bildirilir ki, nazir İsmət Abbasova yaxınlığı şübhə doğurmayan »SS» tikinti firmasının maxinasiyaları bitib-tükənmək bilmir. Daxil olan məlumatda bildirilir ki, kənd təssərrüfatı naziri İsmət Abbasov adıçəkilən həmin firmanın rəhbəri Saday Hümbətovla əvvəlcədən əlbir olaraq müəyyən tikinti işləri aparır və büdcədən buna görə də böyük pullar əldə edirlər.

Büdcədən baytarlıq xidmətinin regionlarda idarələrinin tikintisi üçün Ağcabədi, Şəmkir, Göy-göl, Gəncə, Bərdə, Zərdab, Zaqatala və Ağstafa rayonlarında nəzərdə tutulan inzibati binaların tikintisi üçün 4-5 milyon manat pul ayrılmasına baxmayaraq firmanın rəhbəri Saday Hümbətov kənd təsərrüfatı nazirliyinin ən yüksək vəzifəli şəxslərilə qabaqcadan əlbir olaraq həmin vəsaitin 1-1,5 milyonunu talan edib. Nəticə isə olduqca acınacaqlıdır: Layihədə nəzərdə tutulan işlərin heç biri görülməyib, hətta özül üçün nəzərdə tutulan betonun tökülməsində belə çox böyük tikinti pozuntularına yol verilib.

Ən maraqlı məqamlardan biri isə ondan ibərətdir ki, bütün bunlar haqqqında dövlət başçısına, FHN, İqtisadi İnkişaf Nazirliyinə məlumat verildiyi halda həmin pozuntuların araşdırılması əvəzinə Baytarlıq Xidmətinin rəisi dövlət başçısına yalan məlumat verərək yazılı şəkildə tikintidə heç bir qanun pozuntusunun olmamasını bildirib. Bütün tikdiyi inzibati binalarda pozuntulara yol verən tikinti firması dövlət büdcəsindən ayrılan pulları talan edərək özü üçün ofis, maşın, mənzil alaraq pulu mənimsəyib. »SS» tikinti firmasının rəhbərliyi kənd təsərrüfatı naziri İsmət Abbasova arxalanaraq Baytarlıq Xidmətinin keyfiyyətini yüksəltmək əvəzinə öz maddi durumlarını yüksəldib.

Göründüyü kimi, nazir İsmət Abbasovun »kırışalığı» altında fəaliyyət göstərən tikinti şirkəti ölkə qanunlarını ayaqları altana ataraq, heç kimdən çəkinmədən ciddi maliyyə maxinasiyaları ilə məşğuldur. Müvafiq dövlət qurumlarının isə bütün baş verənlərdən xəbərdar olmasına baxmayaraq susması başadüşülməzdir.


Geri qayıt