Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: AST TELMAN MÜXALİFƏTİ BAŞINA YIĞIR

ŞOK: AST TELMAN MÜXALİFƏTİ BAŞINA YIĞIR


25-04-2013, 12:55
ŞOK: AST TELMAN MÜXALİFƏTİ BAŞINA YIĞIR
DİA.AZ: - Redaksiyamıza daxil olan məlumata görə, “El” hərəkatı, Müsavat, AXCP və ALP-nin rəhbərləri və funksionerləri eyni vaxtda Türkiyəyə səfər ediblər. Belə ki, Müsavat sədri İsa Qəmbər Almaniyanın Fridrix Nauman Fondunun təşkilatçılığı ilə “Cənubi Qafqazda azadlıq, sülh və çiçəklənmə şərtləri” mövzusunda konfransda iştirak etmək üçün aprelin 23-də İstanbula səfər edib. “El Hərəkatı” sədrinin təşkilati məsələlər üzrə müavini Köçəri Nağıbəyli isə təmsil etdiyi qurumu Türkiyənin siyasi dairələrinə təqdim etmək adı altında aprelin 23-dən Türkiyədədir. Əldə etdiyimiz məlumata görə, AXCP sədrinin müavinlərindən biri, ALP-nin nümayəndəsi və Eldar Namazov da hal-hazırda qardaş ölkədə səfərdədirlər. DİA.AZ bildirir ki, bu barədə "olaylar" xəbər yayıb.

Türkiyədəki mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, həmin şəxslərin biznesmen Telman İsmayılova məxsus “Mardan Palace” otelində “Milyarderlər İttifaqı”nın bəzi üzvləri və kimliyini müəyyənləşdirmək mümkün olmayan Rusiya təmsilçisi ilə görüşü təşkil olunub. Görüşdə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar birgə plan, Milli Şuranın yaradılması, onun rəhbərinin, qurumun prezidentliyə vahid namizədinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə edilib. Mənbəmiz bildirib ki, müzakirələr zamanı Milli Şuranın yaradılmasına qeyri rəsmi rəhbərlik edən Rusiya nümayəndəsi Rüstəm İbrahimbəyovun həmin təşkilata rəhbər seçilməsini təklif edib. O, həmçinin bildirib ki, Milli Şuranın prezidentliyə namizədi siyasətdə təcrübəsi ilə seçilməklə yanaşı, həm də hakimiyyəti yaxından tanımalı və iqtidarın daxilində müəyyən dayaqlara malik olmalıdır. Rusiya təmsilçisi bu kriterilərə daha çox vaxtilə hakimiyyətdə təmsil olunmuş Eldar Namazovun və ya Lalə Şövkət Hacıyevanın uyğun gəldiyini iddia edib. O, həmçinin diqqətə çatdırıb ki, seçki ilə bağlı bütün xərclər Rusiyadan mərkəzləşdirilmiş şəkildə Milli Şuraya veriləcək. AXCP nümayəndəsi isə Milli Şurada müxalifətin geniş spektrinin, fəal QHT-lərin, ziyalıların və gənclər təşkilatlarının nümayəndələrinin birləşməsinin zəruri olduğunu deyib. Bununla yanaşı, o, L.Ş.Hacıyevanı qurumun prezidentliyə namizədi kimi görmədiyini bildirib və ümumiyyətlə, bu məsələnin sonrakı mərhələdə müzakirəyə çıxarılmasını təklif edib. Müsavat başqanı İsa Qəmbər isə açıq şəkildə bəyan edib ki, Müsavat bu layihədə yalnız onun namizədinin qurumun vahid namizədi olacağı təqdirdə iştirak edə bilər. Mənbəmiz hazırda bu məsələlər ətrafında müzakirələrin davam etdiyini bildirib.

Geri qayıt