Əsas Səhifə > Siyasət, Manşet > YAVƏR CAMALOV QƏZƏBƏ TUŞ GƏLİB

YAVƏR CAMALOV QƏZƏBƏ TUŞ GƏLİB


7-12-2011, 12:06
YAVƏR CAMALOV QƏZƏBƏ TUŞ GƏLİB

ONUN “AZNEFT”Ə MƏXSUS TORPAQ SAHƏLƏRİNİ ZƏBT ETMƏSİ ARDNŞ ŞEFİNİN ƏSƏBLƏRİNİ TARIMA ÇƏKİB

DİA.AZ: - Ölkə mətbuatında müdafiə sənayesi naziri ilə ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında »soyuq küləklər»in əsməsi haqda çox yazılıb. İki ciddi məmur arasındakı bu qarşıdurmanın hansı səbəbdən qaynaqlanması haqda mətbuatda bir neçə versiya irəli sürülsə də sonda heç bir ehtimal özünün təsdiqini tapmayıb. Amma onların konflikti zaman-zaman özünü müxtəlif formalarda həmişə göstərib. Bu baxımdan yalnız bir faktı göstərmək yetərlidir.

Belə ki, nazir Yavər Camalovun qardaşı Mərdan Camalovun Şirvan rayonuna başçılıq etməsi kimsəyə sirr deyil. ARDNŞ prezidenti Rövnəq Abdullayev isə Yavər Camalovla olan ziddiyyətlərinin qisasını əlinə fürsət düşdükcə onun qardaşından çıxır. Elə Şirvan şəhərinin qazlaşdırılmasında ortaya çıxan süni problemlər də bunun təzahürü sayıla bilər. Az qala ucqar dağ kəndlərini də qazlaşdıran ARDNŞ nədənsə Şirvan şəhəri ilə bağlı belə operativlik göstərmir. Ucqar rayonlara qaz çəkildiyi halda Şirvanın qazsı qalmasının səbəbi neft şirkətinin prezidenti rövnəq Abdullayevlə müdafiə sənayesi naziri Yavər Camalov arasındakı ziddiyyətlərin nəticəsidir. Şirvanın icra başçısı Mərdan Camalov Yavər Camalovun qardaşıdır. Bu baxımdan rövnəq Abdullayev Şirvana qaz çəkilişində maraqlı deyil.

Konkret olaraq bu iki məmurun nəyin üstündə düşmən olmasının səbəblərinə gəlincə isə adının çəkilməsini istəməyən mənbə bununla bağlı bəzi məlumatlar verdi. Mənbənin sözlərinə görə, ziddiyyətlər Yavər Camalov hələ »Azəneft»in rəisi olan zamandan korlanıb. Hətta iş o yerə çatıb ki, Rrövnəq Abdullayev ARDNŞ prezidenti olan zaman Yavər Camalova xidməti avtomobilini »Azneft»in qarşısında saxlamasına qadağa qoyub.

Mənbəmiz iddia edir ki, Rövnəq Abdullayevin Yavər Camalova qarşı mənfi münasibət bəsləməsi müdafiə sənayesi nazirinin »Azneft» rəisi olarkən bu qurumun balansında olan torpaq sahələrini zəöt etməsilə bağlıdır. Məlumatlarda deyilir ki, Yavər Camalov »Azneft»in balansında olan torpaq sahələrinin əhəmiyyətli hissəsini yaxınları arasında bölüşdürdükdən sonra Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edərək bu ərazilərin rəhbərlik etdiyi quruma lazım olmadığını və balansdan çıxarılmasını xahiş edib. Sonradan bu torpaqlar müxtəlif bələdiyyələrin balansına keçib. Bundan sonra isə Yavər Camalovun yaxınları çox asan şəkildə torpaq sahələrini öz adlarına rəsmiləşdiriblər.

Rövnəq Abdullayev isə ARDNŞ prezidenti təyin olunduqdan sonra torpaq sahələrini geri almaq istəsə də, cəhdləri uğursuz olub. Hətta ARDNŞ prezidenti məhkəmələrdə də uduzub. Konkret olaraq Xocasən bələdiyyəsinə qarşı qaldırılan iddia təmin edilməyib. Məlumatlarda deyilir ki, Rövnəq Abdullayev hələ də iri torpaq sahələrini bu şəkildə itirməsini həzm edə bilmir. Ona görə də hər fürsətdə Yavər Camalovdan qisas almağa çalışır.


Geri qayıt