Əsas Səhifə > Şou-biznes > "AİLƏ HƏYATI ÜRƏYİMCƏDİR”

"AİLƏ HƏYATI ÜRƏYİMCƏDİR”


7-12-2011, 12:22
"AİLƏ HƏYATI ÜRƏYİMCƏDİR”

MÜĞƏNNİMİZ ANA OLMAĞA HAZIRLAŞIR

Azərbaycanlı müğənni Günel Məhərrəmova ana olmağa hazırlaşır. O, bunu Day.Az saytına müsahibəsində bildirib.

"Ailə həyatı ürəyimcədir və məni hər şey qane edir. Artıq evdar qadınam (gülür). Amma karyeramı da unutmuram. Şou-proqramlara qatılıram, yeni mahnıların yazılması üçün vaxt tapıram. Bir müddət əvvəl "Yar-yar" mahnım yazılıb. Ailəmizdə isə artım gözlənilir. Nə qədər ki imkan var, yeni albom buraxmağa çalışıram, - deyə ifaçı qeyd edib. - Ola bilsin ki, körpənin dünyaya gəlməsindən sonra çətinliklər yaranacaq. Amma hələ ki, problem yoxdur. Həyat yoldaşım tədbirlərə, axşam qonaqlıqlarına qatılmağıma etiraz etmir və mən hər yerə onunla birgə gedirəm".


Geri qayıt