Əsas Səhifə > Şou-biznes > "ÇƏKİLİŞƏ RAZILAŞMAQ FİKRİNDƏ İDİM”
"ÇƏKİLİŞƏ RAZILAŞMAQ FİKRİNDƏ İDİM”7-12-2011, 12:25 |
MODELİMİZ KƏNAN DOĞULU İLƏ ÖPÜŞMƏK İSTƏMİR Azərbaycanlı model Diana Eyyubova Türkiyənin populyar müğənnisi Kənan Doğulunun klipində çəkilməyə dəvət alıb. Məlumata görə, model təklifi qəbul edib-etməyəcəyini hələ dəqiqləşdirməyib. "Çəkilişə razılaşmaq fikrində idim. Amma bəzi nüanslar var ki, onları dəqiqləşdirməliyəm. Öyrəndim ki, klipdə müğənni ilə qucaqlaşmalı, öpüşməli olduğum səhnələr var. Bunun nə dərəcədə həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün Türkiyəyə gedəcəyəm. Əgər belədirsə, əlbəttə ki, həmin klipdə çəkilməkdən imtina edəcəyəm", - deyə model bildirib. Geri qayıt |