Əsas Səhifə > Sosial, Manşet > ELXAN USUBOV ŞƏKİNİ NECƏ ÇÖKDÜRƏ BİLDİ?
ELXAN USUBOV ŞƏKİNİ NECƏ ÇÖKDÜRƏ BİLDİ?26-04-2013, 09:28 |
ŞƏKİNİN TARİXİ GÖRKƏMİNİ MƏHV EDƏN İCRA BAŞÇISI İLA BAĞLI FAKTLAR DİA.AZ: - Bir müddət əvvəl Ağstafa rayonunda daşı-daş üstə qoymayan Elxan Usubov özbaşınalıqları indi də Şəkidə davam etdirir. DİA.AZ bildirir ki, bu barədə "azerinews.org" xəbər yayıb. Portala daxil olan məlumatlarda bildirilir ki, Elxan Usubov rayona büdcədən ayrılan pulları Bakıda ev almağa, rayonun səfalı yerlərində özünə villa tikməyə, yeni-yeni obyektlərin əldə edilməsinə sərf edir. İcra başçısının “zəngin təcrübəsi” nəticəsində Azərbaycanın ən səfalı və qədim şəhərlərindən olan Şəkini cəmi bir il ərzində tamamilə tanınmaz bir hala gətirib. Məlumatlara görə, Şəki şəhərinə iki istiqamətdə girişi olduğu halda Elxan Usubovun göstərişi bu qapılar qapadılıb. Redaksiyamıza rayon sakinlərinin bidridiyinə görə, icra başçısının göstərişi ilə müasir dizaynda yeni qala qapıları hazırlanıb. Karvansara istiqamətindən Xan Sarayına tərəf gedən yolun solunda və sağındakı bütün tarixi abidələr, qədim tikililər də demək olar ki, darmadağın olunub. Yerli ictimaiyyət həm də rayonun turizm potensialından lazıminca istifadə edilməməsindən şikayətlənir: “Şəkinin böyük turizm potensialı var və təbiətin bu rayona verdiyi imkanlardan yararlanaraq orada turizm obyektləri açmaqla çoxlu pul qazanmaq mümkündür. Amma hələki bundan lazımınca istifadə olunmur. Daha doğrusu pullar qazanılır, amma bu pullar rayonun təbii sərvətlərini-meşələri, dağları, bulaqları qeyri-qanuni özlləşdirən işbazların və bütün bu özbaşnalıqlara rəvac verən Elxan Usubovun cibinə axır. Rayonun inkişafına, sakinlərin sosial-məişət problemlərinin həllinə isə bu vəsaitlərdən bir qəpik belə xərclənmir.” Bundan əlavə məlumatlarda bildirilir ki, rayonda hələ də işsizlik kimi ciddi problem qalmaqdadır. İnsanlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Vaxtilə böyük işçi kütləsinin çalışdığı Şəki İpək Kombinatı indi tam gücü ilə işləmir. Şəkidə bir çox şirə zavodları bağlanıb. Ümumiyyətlə vaxtilə fəaliyyət göstərən fabrik və zavodlar hazırda çalışmır. Bu da şəkililərin işsizlik probleminin həll olunmasını hələ də ləngidir. Şəkində problemlər bununla tükənmir. Bu gün Şəkinin yolları barədə də ürəkaçan sözlər demək olmur. Şəki şəhərini ətraf kəndlərlə bağlayan yollar bərbad vəziyyətdədir. İnsanlar bu yollardan istifadə edə bilmirlər. Hətta o kəndlərə avtobuslar da işləmir. İyirmi-otuz il bundan əvvəlçəkilmiş yolların bərpası və təmiri istiqamətində heç bir iş görülmür. Şəkinin məişət problemləri barədə isə yerli sakinlər belə deyirlər: “Şəkinin yalnız mərkəzi hissəsinə qaz nisbətən yaxşı verilir, amma rayonun hələ də qazlaşdırılmamış kəndləri çoxdur. Üstəlik Şəkidə elektrik enerjisinin verilməsində problemlər mövcuddur. Elektrik xətlərində açılmalar tez-tez baş verir. Bunun səbəbi ətraf kəndlərin qazlaşdırılmaması ilə bağlıdır. Elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində xətlərə güc düşür. Buna görə də rayonu işıqla təmin edən şəbəkə ziyana çox düşməsin, transformatorlar yanmasın deyə işığı fasilələrlə verirlər. Şəkinin su problemi hələ də hələ də həllini tapmayıb. Rayona bulanıq, demək olar ki, palçıqlı su gəlir. Amma Şəkinin elə kəndləri var ki, onlar ümumiyyətlə su üzünə həsrətdir. Məsələn, Daşbulaq kəndində ciddi su problemi yaşanır. O kəndə yalnız bir xətdən su gəlir. Buna görə onlar həmin boruya qıfıl vurublar və hər evə insanlar suyu bidonlarla daşıyırlar. İllərdir bu problem hələ də həll edilməmiş qalır”. Rayonun təhsil sisteminin vəziyyəti də bərbad haldadır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rayon üzrə ali məktəblərə qəbul göstəricisinə görə statistik məlumatlarla tanış olsaq görərik ki, Şəkinin bəzi kəndlərindən ali məkəblərə sənəd verənlərin bir nəfəri belə uğur qazanmayıb. Həmin kəndlərin əksəriyyətində məktəblər qəzalı vəziyyətdədir və heç biri təmir olunmayıb. Rayonda uşaq bağçalarının çatışmazlığı ilə də bağlı problemlər mövcuddur. Şəkidə uşaqların əksəriyyəti məktəbəqədər təhsildən məhrum qalırlar. Yerli sakinlər xüsusilə belə bir bir məqamı da vurğulayırlar ki, dövlət başçısının təhsil və səhiyyə işçilərinin əmək haqlarının artırılması barədə məlum sərəncamından dərhal sonra rayonda süni qiymət artımının müşahidə olunmağa başlandı: “Müəllimlərin, həkimlərin maaaşı artan kimi Şəkidə yağın, çayın, unun qiyməti qaldırılır. Süni qiymət artımın qarşısı alınmır. Səbəbini də soruşanda deyirlər ki, rəhbərlik belə tələb edir”. Rəhbərlik isə əlbəttə ki, yenə də Elxan Usubovun korrupsiyaya uğramış aparatıdır. Amma bütün bu problemlər icra başçısını qətiyyən narahat etmir. Əslində Ağstafada törətdiyi bütün qanunsuzluqlara, hətta “Akkord” kimi tikinti nəhənginə vurduğu yüz minlərlə maddi ziyana görə heç bir cəzaya məruz qalmamış məmurdan indi Şəkinin problemlərinə fərqli münasibət gözləmək də olmaz. Daxil olan məlumatlarda Şəki rayon icra başçısının qonşu Gürcüstan məmurları ilə kifayət qədər müəmmalı əlaqələrinin olduğu da bildirilir. Belə ki, Elxan Usubovun gürcü həmkarları ilə mütəmadi olaraq görüşdüyü və bu görüşlər zamanı müzakirə olunan mövzuların son dərəcə məxfi saxlandığı həmin məlumatlarda xüsusilə qeyd olunur. Geri qayıt |