Əsas Səhifə > Partiya > "İLHAM ƏLİYEVİ ALLAH QORUYUR"
"İLHAM ƏLİYEVİ ALLAH QORUYUR"26-04-2013, 09:58 |
Azərbaycan müxalifəti özünü idarə edə bilmək iqtidarında deyil. O ki qaldı xalqı idarə edə”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin YAP-çı deputatı Qalib Salahzadə söyləyib. Onun sözlərinə görə, seçkiöncəsi aparılan sorğular, rəy sorğusu, əhalinin iqtidara inamı əminliklə söyləməyə əsas verir ki, qarşıdakı seçkilərin qalibi də cənab Prezident İlham Əliyev olacaq: “İlham Əliyevi Allah qoruyur. Onun Azərbaycan xalqının inkişafı istiqamətində gördüyü işlər, yoruldum demədən çalışması bizim gözümüz önündə baş verir. Bunu görməmək mümkün deyil. Yalnız naşükür adamlar bunu görməyə bilər. Bunu görə-görə inkar eləyənlərin isə cənab Prezidentin zəhməti gözündən gələr. Bu gün Azərbaycan regionda ən qüdrətli dövlətdir. Azərbaycanın iştirakı və rolu olmadan regionda heç bir layihə uğur qazana bilmir. Dünya səviyyəli siyasi, iqtisadi və mədəni tədbirlərin ölkəmizdə keçirilməsi, paytaxta təşrif buyuran milyonlarla turistin ölkəmiz haqqında yüksək təəssüratları cənab Prezidentin əməyinin nəticəsidir. Bu gün nəinki paytaxtımız, hətta ən ucqar regionlarımız belə göz oxşayır. Ölkədə sözün əsl mənasında əmin-amanlıq hökm sürür. İnsanlar, gənclərimiz inkişaf edir, irəliyə gedirlər. Məhz elə bu səbəbdən də Azərbaycan xalqı bundan öncəki seçkilərdə olduğu kimi, qarşıdan gələn seçkilərdə də cənab Prezident İlham Əliyevə səs verəcək. O ki qaldı müxalifətə, ağsaqqallarımız demişkən, onlara baş qoşmaq lazım deyil. Müxalifətin qeyri-milli siyasətinin nəticəsidir ki, artıq heç kim onları müdafiə etmir. Onların nə gücü var ki, hakimiyyəti də dəyişsinlər?! Bunlar hamısı boş-boş, mənasız söz-söhbətlərdir. Fikir verib, qızıl kimi vaxtını hədər etməyə də dəyməz”. Geri qayıt |