Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISINA QARŞI İMZA TOPLANILIR
İCRA BAŞÇISINA QARŞI İMZA TOPLANILIR26-04-2013, 10:54 |
NİZAMƏDDİN QULİYEVİ DURDURAN YOXDURMU? Bir müddət öncə Goranboyda yaşayan Milli qəhrəmanlar Maşallah Abdullayev və Məhəmməd Həsənovun bu rayonun icra başçısından şikayətlər barədə məlumat vermişdik. Ardınca Milli Məclisin deputatları Milli qəhərmanlara olan bu laqeyid münasibətə görə İcra başçısını qınadılar və Vətən uğrunda döyüşən insanlara belə münasibət göstərənlərin vəzifədə qalmaq haqqqının olmadığini dedilər. Qeyd edək ki, Milli qəhrəman Maşallah Abdullayev bu günə kimi evinin şəhadətnaməsini ala bilməməsindən, Milli Qəhrəman Məhəmməd Həsənov isə məmur təzyiqindən şikayət etmişdi. Özlərinin dediyi kimi: “Ən ağır döyüşlərdə iştirak etsək də, bu gün bizə bir qəpiklik qiymət vermirlər. Hətta başqa rayonlara gedəndə gördüyümüz diqqəti öz rayonumuzda görə bilmirik”. Bu olay sıralarında 70 mindən artıq döyüşçünü birləşdirəm Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) tərəfindən də kəskin etirazla qarşılanıb. AVMVB-nin sədri Füzuli Rzaquliyev Modern.az- a bildirib ki, Goranboy icra başçısının Milli qəhrəmanlara qarşı laqeyd münasibəti onları çox qayğılandırıb: “Biz AVMVB olaraq hər bir döyüşçüyə qarşı olan haqsızlığı özümüzə qarşı haqsızlıq kimi qəbul edirik. Milli qəhrəmanlara bu cür münasibət yolverilməzdir. Məsələni araşdırırıq. Bu cür məmurlar yerlərində oturzdurulmalıdır. Cənab Prezidentimiz döyüşçülərin sosial müdafiəsi üçün bütün imkanlardan istifadə edir. Təəssüf ki, bəzi məmurlar bunun əksini nümayiş etdirirlər. Biz Milli qıhrəmanlarla əlaqə saxlayacağıq. Onların müdafiəsi ilə bağlı döyüşçülər arasında imzatoplama kampaniyasına da start verəcəyik. Hesab edirik ki, Milli qəhrəmanlara sayğısızlıq nümayş etdirən məmurlar cəzalandırılmalıdırlar”. Geri qayıt |