Əsas Səhifə > Sosial, Manşet > ASTARANIN GÖMRÜK ŞEFİ İLƏ BAĞLI ARAŞDIRMA QƏRARI

ASTARANIN GÖMRÜK ŞEFİ İLƏ BAĞLI ARAŞDIRMA QƏRARI


26-04-2013, 11:28
ASTARANIN GÖMRÜK ŞEFİ İLƏ BAĞLI ARAŞDIRMA QƏRARI
AYDIN ƏLİYEV POTENSİAL RƏQİBİNİ SIRADAN ÇIXARMAQ ÜÇÜN ADDIM ATDI

DİA.AZ: - Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son günlər gömrük orqanlarına qarşı mətbuatda yer alan faktlara reaksiya verib. Bu barədə DİA.AZ-a komitədəki mənbəmiz xəbər ötürüb.

Qaynağın iddialarına görə, DGK şefi mətbuatda səslənən bütün faktların araşhdırılması üçün komitənin istintaq idarəsinə müvafiq tapşırıqlarını verib: «Burada ən maraqlı olanı isə daxili təhqiqat qrupuna təqdim olunan materialların əksəriyyəti Astara gömrük idarəsi ilə bağlı olan faktlardır».

Xatırladaq ki, bir neçə gün əvvəl Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədovun DGK rəhbəri Aydıe Əliyevlə bağlı problemlərindən xəbər vermişdik. Bəlli olurdu ki, «Rokfeller» ləqəbli Hikmət Məmmədov Aydın Əliyevin yerinə keçə bilməsi üçün hərəkətə keçib.

Elə buna görə də Aydın Əliyevin Hikmət Məmmədovun rəhbərlik etdiyi idarənin fəaliyyəti ilə bağlı şikayətləri araşdırmaya götürməsi də təsadüfi hesab oluna bilməz. Bu məntiqi mənbəmiz də önərir: «Burada təsadüf axtarmaq olmaz. Çox güman bu yolla komitə sədri qisas alır və yaxud da potensial rəqibini zəiflətməyi məqsəd edib».

Geri qayıt