Əsas Səhifə > Gündəm, Manşet > FIRILDAQÇI MƏMUR SAHİBKARI MÜFLİS EDİB

FIRILDAQÇI MƏMUR SAHİBKARI MÜFLİS EDİB


7-12-2011, 12:59
FIRILDAQÇI MƏMUR SAHİBKARI MÜFLİS EDİB

ƏYALƏTDƏ MƏMUR ÖZBAŞINALIĞI KULİMİNASİYA HƏDDİNƏ ÇATIB

DİA.AZ: - Redaksiyamıza Hacıqabul rayonunda bir qrup məmurdan ibarət fırıldaqçı dəstənin fəaliyyəti ilə bağlı şikayət daxil olub. Bu barədə redaksiyamıza müraciət edən Hacıqabul rayonunun yerli sahibkarlarından olan Məmmədov Cahangir Əli oğlu, ayrı-ayrı vaxtlarda üst-üstə olaraq 53850 dollarının fırıldaq yolu ilə alındığını bildirir.

Şikayətçinin məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: «2009-cu ildə Hacıqabul rayonu üçün Su Kəməri çəkilməsi ilə əlaqədar rayon Su İdarəsinin müdiri Mikayıl Mikayılov və Famil Həsənov mənə müraciət edərək, su xəttinin çəkilməsin üçün on min manat pulun lazım olduğunu bildirdilər və söylədilər ki, əgər həmin vəsaiti verərəmsə, bir xeyirxah hacı olaraq mənim bu əməlimi respublika səviyyəsində işıqlandıracaqlar. Mən də həmin pulu onlara verdim.

Bir müddət keçdikdən sonra Famil Həsənov məndən Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarova vermək üçün 12000 (on iki min) AZN pul aldı. Hər dəfə pul alarkən mənə bildirdilər ki, səni televiziya ekranlarında işiqlandıracağıq və deyəcəyik ki, Azərbaycanda belə bir xeyirxah Hacılar var.

Mən də onların şirin yalanlarına uyaraq pul verməyə başladım. Beləliklə ayrı-ayrı vaxtlarda Talış Kür Su Kəməri idarəsinin rəisi Eldəniz Həsənova və adı çəkilən həmin dövlət məmurlarına 53850 (əlli üç min səkkiz yüz əlli) ABŞ dollar məbləğində pul verdim. Həmin məbləğin 25200 (iyirmi beş min iki yüz) ABŞ dolları qaytarılsa da, yerdə qalan pulu bu günə kimi ala bilirəm».

Şikayətçi bildirir Ki, bu azmış kimi onun pulu ilə Hacıqabul rayonundan Bakı şəhərinə gedərkən magistral yolun sol hissəsində keçən həmin su xəttinin boruları çıxarılaraq satılır: «Hal-hazırda da çıxarılıb satılmaqdadır. Amma mənəə bildirmişdilər ki, boruları çıxarıb satdıqdan sonra sənin pulunu qataracağıq».

Şikayətçi eyni zamanda yerli icra strukturlarından da narazılıq edir: «Bu barədə Hacıqabul rayon İcra Hakimiyyəti Başçısına müraciət etmək istəsədə buna hər zaman İcra Hakimiyyəti Başçısının köməkçisi Afiq müəllim mane olur. Mən dərdimi İcra Hakimiyyəti Başçısı Əhməd Muxtarova deyə bilmirəm, çünki Afiq müəllim növbətçiyə xüsusi tapşırıq verib ki, məni İcra Başçısı ilə görüşdürməsinlər».

Hazırda özünün borc içində olduğunu bildirən sahbikar əlində olan minik avtomobilini, əmlakını satdığını və yaşadığı evi hətta girov qoyduğunu da bildirir: «Bu məmurlar bəzi sahibkarların etibarından sui istifadə edərək pullarını mənimsəyirlər. Rayon büdcəsini xərcləmək əvəzinə Afiq müəllimin timsalında Eldəniz, Famil və Mikayıl korrupsiya ilə məşğul olan məmurlar iş adamlarını tovlayaraq, abadlıq аdı altında onlardan pul yığırlar».


Geri qayıt