Əsas Səhifə > Güney Press, Araşdırma > VURĞUN ƏYYUB MİSİR MƏRDANOVA QAHMAR ÇIXDI

VURĞUN ƏYYUB MİSİR MƏRDANOVA QAHMAR ÇIXDI


26-04-2013, 12:31
VURĞUN ƏYYUB MİSİR MƏRDANOVA QAHMAR ÇIXDI
"MƏGƏR PROBLEMLƏR MİSİR MƏRDANOVLA BAĞLI İDİ?"

Keçmiş təhsil naziri Misir Mərdanovun istefaya göndərilməsi və onun yerinə kifayət qədər cavan bir şəxsin nazir təyin olunması cəmiyyətdə təhsil problemlərinin həll ediləcəyinə dair bir ümidlər yaradıb. Lakin maraqlı ola budur ki, təkcə nazirin dəyişdirilməsi ilə təhsildəki bütün problemləri həll etmək mümkün olacaqmı? Məgər bütün problemlərin başlıca səbəbkarı Misir Mərdanov idi? Təhsil sahəsində Misir Mərdanovun dövründən yüksək postlarda vəzifə tutan şəxslər dəyişdirilmədən təhsilimizi cənginə alan problemlərdən qurtara biləcəyikmi?

FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən təhsil eksperti Vurğun Əyyub diqqət çəkən məqamlara toxundu. Müsahib qeyd etdi ki, ölkə təhsilindəki problemlər vəzifələrdə əyləşən ayrı-ayrı şəxslərdən asılı deyil:

“Əslində Azərbaycanda təhsilə baxış dəyişməlidir. Heç də inanmıram ki, Azərbaycan hakimiyyəti təhsilin səviyyəsini yüksəltmək istəyir və onların düşüncəsində belə bir fikir var. Ona görə də nazirin və kimlərinsə dəyişməsi problemi köklü şəkildə həll etməyəcək. Ayrı-ayrı şəxslərin dəyişməsi hansısa sahədəki problemləri qismən də olsa həll edə bilər.”

Vurğun bəy onu da bildirdi ki, ölkənin idarə edilməsində vəziyyəti müsbətə doğru yönəltmək üçün kadrların köklü şəkildə dəyişdirilməsi kifayət deyil.

Geri qayıt