Əsas Səhifə > Sosial, Manşet > POLİS ZABİTİNİN QOHUMU ERMƏNİLƏŞİB

POLİS ZABİTİNİN QOHUMU ERMƏNİLƏŞİB


7-12-2011, 13:42
POLİS ZABİTİNİN QOHUMU ERMƏNİLƏŞİB

«FRANSADA ADINI DƏYİŞDİRİB VOVA ŞAXNAZARYAN EDİB»

DİA.AZ: - Bir müddət əvvəl bəzi azərbaycanlıların Avropa ölkələrindən erməni adı altında sığınacaq almaları barədə mətbuatda şok məlumatlar yayıldı. Və verilən xəbərlərdə qeyd olundu ki, əslən Şəki rayonundan olan Hədiyyə adlı qadının araçılığı ilə yüzlərlə soydaşımız Fransada erməni kimi məskunlaşıb.

Onu da bildirək ki, bu məsələ hakimiyyət dairələrində də ciddi ajiotaja səbəb oldu. Çünki verilən xəbərlərdə bildirilirdi ki, hal-hazırda Prezident Administrasiyasında çalışan məmurlardan birinin qohumu da eyni şəkildə Fransa vətəndaşlığını alıb.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) verilən məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarında çalışan yüksək rütbəli məmurun xalası oğlu da bu günlərdə erməni kimliyi ilə Fransada yerləşib. Avropada yaşayan soydaşlarımızdan birinin xəbərinə görə, həmin şəxsin elə ölkədən getməsinə də qohumu yardımçı olub:

«Özü bu barədə danışdı ki, qohumu yolpulusuna qədər verib. İndi Fransada işi məhkəmədədir. Və yaxın günlərdə barəsində qərar çıxaracaq. Əsl adını dəyişdirib, Şaxnazaryan Vova edib. Əsl adı isə Vasifdir».

Hər halda, bu faktın özü bir yandan acınacaqlı olsa da, digər yandan həm də hüquqi araşdırma istəyir. Çünki bir azərbaycanlıya erməni kimliyinin verilməsinin özü də sənədlərin saxtalaşdırılması baxımından cinayət hesab olunur.


Geri qayıt