Əsas Səhifə > Dünya > SƏDDAM HÜSEYN HEÇ BU QƏDƏR QIRMIRDI

SƏDDAM HÜSEYN HEÇ BU QƏDƏR QIRMIRDI


27-04-2013, 10:58
SƏDDAM HÜSEYN HEÇ BU QƏDƏR QIRMIRDI
İRAQDA SON GÜNDƏ 15 NƏFƏR ÖLÜB

İraqın baş naziri Nuri əl-Malikinin müxalifləri “Qəbilə ordusu” təsis etmək niyyətindədirlər.

SalamNews–un “aljazeera.net”ə istinadla verdiyi xəbərə görə, dünən İraqda baş verən terror aktlarında 15 nəfər ölüb, onların əksəriyyəti təhlükəsizlik qüvvələrinin nümayəndələridir. Ümumiyyətlə, son sutkada Bağdad və Bağdadətrafı qəsəbələrdə baş verən 4 terror aktı qeydə alınıb, 43 nəfər yaralanıb. Aprel ayının əvvəlindən bu günədək 410 nəfərin öldüyü bildirilir.

İraqın 6 şərq və şimal əyalətlərində cümə namazları zamanı çıxış edən sünni alimləri İraq ordusuna qarşı “Qəbilə ordusu”nun yaradılmasını təkid ediblər. əl-Ənbar əyalətinin ər-Rəmadi şəhərinin xətibi Nuri əl-Maliki ordusuna qarşı vuruşan “Qəbilə ordusu”nun yaranmasının vacib və zəruri olduğunu deyib.

"əl-Cəzirə" telekanalının məlumatına əsasən, müxalifət ordu və təhlükəsizlik qüvvələrinə sünnilərin məskunlaşdığı əyalətlərdən çıxması ilə bağlı 2 sutkalıq möhlət verib.

İraqda gedən proseslərlə bağlı bəyanat verən BMT ölkə xalqının vətəndaş-məzhəb müharibəsi və ümumilikdə təhlükəli seçim qarşısında olduğunu bildirib, İraqın dini alimlərini və siyasi rəhbərlərini fikir birliyinə gəlməyə çağırıb.

- See more at: http://az.salamnews.org/az/news/read/71564/iraqda-son-sutkanin-terror-aktlarinda-15-nefer-oumlluumlb/#sthash.WwEBjN5X.dpuf

Geri qayıt