Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İSMAYILLIDA YENİ ÜSYAN ANONSU

İSMAYILLIDA YENİ ÜSYAN ANONSU


27-04-2013, 14:20
İSMAYILLIDA YENİ ÜSYAN ANONSU
HƏBS OLUNANLAR BURAXILMASA...

İsmayıllı olaylarında tutulanların yaxınları onların azadlığa çıxacağını gözləyir. "Bu gün çıxar" və ya "sabah çıxar" vədlərini eşidərkən, həbsdə olanlara yeni ittiham irəli sürülüb. Vəkil Nizami Abbasov "Azadlıq Radiosuna" deyib ki, əvvəlkilərdən də ağır maddələrdən söhbət gedir: "Onlara kütləvi iğtişaşla bağlı ittiham verilib. Hamı bu işdə yüngülləşmə gözləyirdi. Ancaq birdən-birə məsələnin bu müstəviyə çıxarılması və bütün şəxslərə ağır ittiham irəli sürülməsi tamamilə başqa, həm də neqativ niyyətlərdən xəbər verir. İşin ağırlaşma istiqaməti yaxşı hal deyil. Günahsız insanın həbsdə olması "ədalət-ədalət" deyənlərə qarşı inamsızlıq yaradır, həm də nifrət doğurur".
Azadlıq qəzetinin bölgə müxbiri Elçin İsmayıl "Deyerler.org"a deyib ki, İsmayıllı hadisələrinə görə, həbs olunanlara yeni ittihamların verilməsi rayonda əhali arasında qəzəblə qarşılanıb: "İsmayıllı rayonunun yeni təyin olunan icra başçısı ayrı-ayrı vaxtlarda vəd vermişdi ki, həbs olunanlar azadlığa buraxılacaq. Yeni icra başçısı öz çıxışlarında bildirmişdi ki, dövlət başçısına bu məsələ ilə bağlı məlumat verib və yaxın zamanlarda həbs olunanlar azadlığa buraxılacaqlar. Sonuncu dəfə o bildirmişdi ki, may ayının 10-da Heydər Əliyevin 90 illiyi ilə bağlı böyük amnistiya olacaq və o zaman İsmayıllı hadisələrinə görə, həbs olunanlar da azadlığa buraxılacaq. Amma deyilənlərin tam əksinə olaraq, həbs olunanlara qarşı ittihamlar daha da sərtləşdirildi. Bu xəbər əhali arasında böyük qıcıq yaradıb. Əhali arasında yeni aksiyalarla bağlı müzakirələr gedir. Həmçinin əgər keçiriləcək aksiyaların qarşı alınarsa, etirazlar aclıq aksiyası formasında davam etdiriləcək".

Geri qayıt