Əsas Səhifə > Sosial, Manşet > CƏLİLABAD “PROFSOYUZ”UNDA ŞIDIRĞI ALVER GEDİR
CƏLİLABAD “PROFSOYUZ”UNDA ŞIDIRĞI ALVER GEDİR29-04-2013, 09:31 |
MÜƏLLİMLƏRİN HAQQINI YEYƏN NƏBİ İSGƏNDƏROVUN “PUTYOVKA” BİZNESİ DİA.AZ: - Cəlilabaddan redaksiyamıza şikayət məktubu daxil olun. Rayon sakinləri adından DİA.AZ-a göndərilən müraciətdə narazılıq yerli Həmkarlar İttifaqının sədrindəndir. Narazı vətəndaşlar bildirir ki, yay fəslinin yaxınlaşması səbəbindən sözügedən qrurumda da şıdırğı alver başlayıb. Şikayət məktubunda deyilir: “Cəlilabadda sözün həqiqi mənasında «putyovka» biznesi var. Həmkarlar İttifaqının yerli şöbəsinin müdiri Nəbi İsgəndərov bu sahəni tam inhisarına almaqla yanaşı, həm də özünün qazanc yerinə çevirib. Belə ki, o, rəsmi qiyməti 75-80 manat olan «ptyovka»ları 250-300 manata satışa çıxarıb. Üstəlik, müəllimlərə verilməli olan həmin ezamiyyətlər müəllimlərə deyil, tamamilə başqa adamlara satılır”. Daha sonra şikayətçilər bildirir ki, Nəbi müəllim ona müraciət edən müəllimlərə «putyovka» olmadığını deməklə başından edir: “Kənardan, yəni təhsilə aid olmayan şəxslər olduqda isə məmnuniyyətlə qiymət cədvəlini və yerləri təklif edir. Bundan başqa, həmkarların nümayəndəsi müəllimlərə verilməli olan yardımları da mənimsəməklə məşğuldur. Nəbi İsgəndərov həmin yardımları naturadan pula çevirmək üçün bazarda çalışan alverçilərin imkanlarından yararlanır”. Sakinlər bildirir ki, dəfələrlə Nəbi İsgəndərovla bağlı şikayət ediblər: “Amma o hamının yanında nümayişkaranə şəkildə deyib ki, kimsə ona bir şey edə bilməz. Çünki onun arxasında «böyük qüvvələr» dayanır. Və həmin «böyük qüvvələr»dən biri də Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur. Sözügedən şəxs dolayısı ilə etiraf edib ki, aldığı pulların bir qismini icra başçısına verir”. Yazı ilə əlaqədar bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |