Əsas Səhifə > Partiya > KEÇMİŞ SPİKER MƏTBUATI ƏLƏ SALDI
KEÇMİŞ SPİKER MƏTBUATI ƏLƏ SALDI29-04-2013, 11:48 |
RƏSUL QULİYEV DƏ MƏŞƏDİ İBAD AŞİQİ İMİŞ... Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev yerli mətbuata müsahibəsində Azərbaycanda medianın hazırkı durumuna münasibət bildirib. hafta.az-ın verdiyi məlumata görə, R.Quliyev jurnalistləri ittiham edərək “O olmasın, bu olsun” filmindəki komik qəzetçi obrazı “Rza bəy” epizodu ilə müqayisə edib: “Bir neçə ciddi problemlərin fundamental cavabı verilməsə, demokratiyaya dinc keçiddən söhbət gedə bilməz. Bəzi şəxslər yenə qələmə sarılıb, “Rəsul Quliyev getsin öz dərdinə qalsın” deyəcəklər. Onlara məsləhət görərdim ki, yazdıqlarımın hansının düz olmadığını yazsınlar, müzakirə edək. Yoxsa “Məşədi, 5 manat ver gedim filankəsin dədəsini qəzetdə yandırım”la məşğul olmasınlar”. Geri qayıt |