Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "ROYAL BANK" ƏMANƏTÇİLƏRİNƏ FIRILDAQ
"ROYAL BANK" ƏMANƏTÇİLƏRİNƏ FIRILDAQ29-04-2013, 12:23 |
Azərbaycanın fəaliyyəti dayandırılmış “Royalbank” ASC-də əmanətçilərin geri götürmədiyi 1,9 milyon manat vəsait qalıb. Onun sözlərinə görə, bankda 1500 rezident əmanətçinin 200 min manat, 2000 qeyri-rezident əmanətçinin 1,7 milyon manat vəsaiti qalıb: “Royalbank”da 1,9 milyon manat gəlib götürülməyən vəsait qalıb. Biz ötən həftə təkrar elan verdik. Rezidentlərin 200 min manat vəsaiti qalıbdır, onalar say olaraq 1500 nəfərdir. Vəsaitlər xırda olduğu üçün insanlar gəlib götürmürlər. Qeyri-rezidentlər 1,7 milyon manat vəsaiti gəlib götürməyiblər. Onların sayı 2000-nə yaxındır. Qeyri-rezident əmanətçilərin arasında böyük həcmdə əmanətləri olanlar da var. Əfsuslar olsun ki, gəlib vəsaitlərini götürmürlər. İyul ayının sonuna kimi vaxtları var, o vaxta qədər gəlib götürə bilərlər”. Bunu mətbuata açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib. PİA.AZ olaraq bildiririk ki, Azərbaycanda istənilən bank kredit gecikməsi zamanı müştərinin evinə və qohumlarına dəfələrlə zəng vurur. Əlbəttə, bunu əmanətlərin geri qaytarılması zamanı həyata keçirməmək isə başqa mətləbdən xəbər verir. Keçmiş bankın rəsmi saytında 16 Yanvar tarixində verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 25 iyul 2012 –ci il tarixli , iqt(81)-2110/2012 saylı qətnaməsinə əsasən müflis elan edilməklə ləğvetmə prosedurunda olan RoyalBank ASC –nin ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” MMC tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.5-ci maddəsinin tələbinə uyğun olaraq, ləğvedicinin qəbul etdiyi tələblər qəbul edilmiş tələblər siyahısına, etiraz edilmiş tələblər isə etirazın səbəblərini göstərməklə , etiraz edilmiş tələblər siyahısına daxil edilmiş, qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilmiş , hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləğı göstərilməklə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.6-ci maddəsinin tələbinə uyğun olaraq, təsdiq edilməsi məsələsinin baxılması və müvafiq qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2012 –ci il tarixli qərardadı ilə qəbul edilmış tələblərin və etiraz edilmiş tələblərin siyahısı təsdiq edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən 28 dekabr 2012 –ci il tarixə kimi olan müddət ərzində ödənişlərin növbəlilik qaydasında nəzərdə tutulmuş 2.4.və 7-ci növbə üzrə tələblərin ödənilməsi həyata keçirilmişdir. Haı-hazırda təminatsız kreditorlar olan 8-ci növbə kreditorların tələbləri üzrə ödənişlərin aparılmasının 16 yanvar 2013 –cü il tarixdən etibarən həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar olaraq bildirmək istəyirik ki , təminatsız kreditorların sayı həddindən artıq çox olduğundan , ödənişlərin aparılması hissə-hissə həyata keçiriləcəkdir. Bu barədə yəni , banka yaxınlaşmağınızın tarixi barədə təminatsız kreditorlara (o cümlədən əmanətçılərə) rəsmi qaydada bildiriş göndəriləcək və telefon vasitəsilə məlumat veriləcəkdir. Xahiş edirik ki , yuxarıda göstərilən məlumatları nəzərə alasınız. Bundan sonrakı elan və məlumatlarda bankın ünvanının dəyişdirilərək Yasamal r. Mirəli Seyidov 20A ünvanına köçürüldüyü qeyd olunur. Daha sonrakı elanlarda isə 29 apreldən etibarən əmanətlərin hissə-hissə ödənilməsinə yenidən başlandığı qeyd olunur. Əlbəttə, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) rəsmisinin bu gün jurnalistlərə verdiyi açıqlama ilə bankın saytında yerləşdirilən məlumatlar ziddiyyət təşkil edir. Belə ki, ƏSF əmanətçilərin pulu geri götürmək istəmədiyini bildirir. Bank isə pulu qaytarmamaq üçün bütün vasitələrə əl atır. PİA.AZ-ın əldə etdiyi məlumatda bunun səbəbi aydın olur. Yuxarıda verilən elana nəzər salsaq görərik ki, Azərbaycanda fəaliyyət göstərən hər bank kimi, "Royalbank"ın da əmanətləri tam olaraq sığortalanmayıb. Belə olan təqdirdə günahı əmanətçilərin boynuna atmağa çalışan Əmanətlərin Sığortalanması Fondunun yalanları başadüşülən olur. Lakin əldə etdiyimiz məlumatda bildirilir ki, "Royalbank"ın müflis elan edildiyi tarixdə onun əmanətçilərə olan borcunu tam olaraq geri ödəmək imkanı olub. Hazırda keçmiş bankın vəsaitlərinin hara yoxa çıxması barədə heç bir məlumat olmasa da, Əmanətlərin Sığortalanması Fondunun əmanətləri mümkün dərəcədə geri qaytarmamaq üçün fəaliyyətə keçdiyi aydındır. Geri qayıt |