Əsas Səhifə > Cəmiyyət, Manşet > ABBAS ABBASOV HANSI PLAN ÜÇÜN «SOYUNASI OLDU»?

ABBAS ABBASOV HANSI PLAN ÜÇÜN «SOYUNASI OLDU»?


29-04-2013, 13:06
ABBAS ABBASOV HANSI PLAN ÜÇÜN «SOYUNASI OLDU»?
RATİ-NİN BAŞQANI KÖRPƏ UŞAQLARI BAŞINA YIĞIB

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanın baş nazirinin keçmiş müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri Abbas Abbasov Moskvada fəal azərbaycanlı tələbələrlə görüş keçirib. Bildirək ki, görüş barədə verilən rəsmi məlumatda bildirilir ki, iştirakçı olan tələbələr Azərbaycanın gənclər təşkilatlarını təmsil edirlər.

Amma bu barədə DİA.AZ-a ilginc faktlar daxil olub. Rusiyadakı məlumatlı qaynaq iddia edir ki, görüş sırf olaraq görüntü xatirinə təşkil olunub: «Hətta görüşə qatılanların ikisi orta məktəb şagirdi idi. Onların hamısı Abbas Abbasova yaxın olan şəxslərin övladlarıdır və yaxud da qohumlarıdır. Bir nəfər də olsun yad adam yoxdur».

Mənbə iddia edir ki, bu yolla əslində Abbas Abbasov fəallaşdığını ortaya qoyur: «Yəni bu həm də o deməkdir ki, baş nazirin keçmiş müavini RATİ-dəki vəziyəsinə sahiblənib. Halbuki ilk günlərdə Abbas Aydınoviçdə kifayət qədər ciddi tərəddüdlər var idi. İndi bu tərəddüdlərin də aradan qalxdığı hiss olunur».
ABBAS ABBASOV HANSI PLAN ÜÇÜN «SOYUNASI OLDU»?

Mənbəmiz Abbas Abbasovun Rusiyadakı azərbaycanlı icmasının lideri kimi təqdim olunmasının da təsadüfi olmadığını bildirdi: «Bu da bir siyasi təzyiqə zəmin tədarüküdür. Yəni seçkilər ərəfəsində bu icmanın xüsusi fəallıq edəcəyi faktdır. Onlar Rüstəm İbrahəimbəyovun namizədliyini müdafiə edən bəyanatlar da verəcəklər. Və bununla da seçkiqabağı dönəmdə vəziyyət daha da gərginləşəcək».

Geri qayıt