Əsas Səhifə > Cəmiyyət, Manşet > RAMİZ MEHDİYEV TEHRANI FƏTH ETMƏYƏ GEDİR?
RAMİZ MEHDİYEV TEHRANI FƏTH ETMƏYƏ GEDİR?29-04-2013, 13:28 |
BAKIİ İLƏ TEHRAN ARASINDA GƏRGİNLİK NÖQTƏSİ DİA.AZ: - Son günlər Güney Azərbaycanın İranın işğalı altında olması və İran adlanan dövlətdə 35 milyondan artıq Azərbaycan türkünün yaşaması faktı beynəlxalq aləm üçün cəlbeidici olub ki, bunu da təsadüfi adlandırmaq olmaz. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbə xəbər verib. Mənbə iddia edir ki, rəsmi Bakı ilə ABŞ hökuməti arasında aparılan danışıqlarda da bu faktor müzakirə predmeti olub: «Bir neçə dəfə bu kimi məsələlər müzakirə olunub. Artıq Qərb İranda hər zansı dəyişikliyin Azərbaycanın iştirakı olmadan mümkünsüz olmasının fərqinə varıb. Əslində Azərbaycanın iştirak etmədiyi dəyişiklik böyük təhlükələrə nədən ola bilər. Və bu baxımdan rəsmi Bakı aktiv surətdə proseslərə cəlb olunub». Mənbəmiz bildirir ki, məhz bu məqamla əlaqədar rəsmi Tehran da Azərbaycan hakimiyyətindən hesabat istəyib: «Təbii ki, İsrailə Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin etdiyi səfər də İranın diqqət mərkəzindədir. Amma bu gün Ramiz Mehdiyevin qalxaraq Tehran yolunu tutması hansısa nazirin İsrailə etdiyi səfərlə bağlı yox, böyük bir proseslə əlaqədardır». Mənbəmizə görə, Ramiz Mehdiyevin İranda hansı izahatı verib-verməməsindən asılı olmayaraq, rəsmi Tehranın verilən cavaba qane olmayacağı bəri-başdan nəzərə alınıb: «İran dağılacaq. Bunün geci, tezi var. İrandakı fars-molla hakimiyyəti isə bu prosesə cəlb olunması səbəbindən Azərbaycanı nişangahda, əlini isə tətikdə saxladığını hər zaman nümayiş etdirir. Və belə bir şəraitdə Azərbaycanın nə geriyə durma marağı yoxdur, nə də hədəfə çevrilmə kimi niyyəti yoxdur. Bu səbəbdən balans nöqtəsinin tapılması vacibdir». Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Rəsmi Bakıya dəyələrlə İrandan da təkliflər edilib. Bildirilib ki, Bakı Qərblə İranın danışıqlarında körpü rolunu oynasın. Amma Azərbaycan hakimiyyəti bundan imtina edib». Xatırladaq ki, bir neçə gün əvvəl Güney Azərbaycandan olan bir qrup ziyalının Birləşmiş Millətlər Təşkilatına Türkmənçay müqaviləsinin vaxtının bitməsi səbəbindən həm Güney və həm də Quzey Azərbaycanda referendumun keçirilməsinə dəstək verməsi üçün müraciət edəcəyi haqda xəbərlər yayılmışdı. Mənbəmiz bu məqama diqqət ayıraraq bildirdi ki, belə bir aksiya həyata keçirilə bilər: «Bu, daha çox İranın ölkəmizə qarşı aqressiyasının həddi ilə bağlıdır. Əgər Tehran təzyiqlərini artırarsa, o zaman Azərbaycanda belə bir referendum keçirilə bilər və əhalidən «Azərbaycanın birləşməsinin tərəfdarısınızmı» deyə sorula bilər». Geri qayıt |