Əsas Səhifə > Gündəm, Manşet > SURƏT HÜSEYNOVUN ADAMI DANIŞDI
SURƏT HÜSEYNOVUN ADAMI DANIŞDI7-12-2011, 17:03 |
«YENİ PARTİYA İLƏ BAĞLI DEYİLƏNLƏR HƏQİQƏTDİR» DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, keçmiş baş nazir Surət Hüseynov Gəncədə Böyük Dönüş Toplantısı keçirərək yenidən siyasətə qayıtma qərarını verib. Həmin toplantıda Gəncənin və regionun çox nüfuzlu simalarının da iştirak etdiyi xəbərini vermişdik. Bu gün isə həmin toplantıda iştirak edən şəxslərdən biri redaksiyamızla əlaqə saxlayıb və çox ciddi faktları təqdim edib. Bildirək ki, hələlik adının anonim qalmasını istəyən həmin şəxsin söylədiklərinin yalnız qısa təfsilatını diqqətinizə çatdırırıq və yaxın zamanda daha geniş materialı təqdim edəcəyik. Beləliklə, toplantı iştirakçılarından birinin «Dünya» İnformasiya Agentliyi redaksiyasına söylədiklərindən belə aydın olur ki, Gəncədə təşkil olunan toplantıda çox mühüm qərarlar verilib: «Təbii ki, bunların başında əsas olaraq gələni yeni partiyanın yaradılması ilə bağlı verilən qərardır. Məclis iştirakçıları yekdilliklə bu qərarı alqışlayıb. Həta yeni partiyanın Rusiya paytaxtında, Ukraynanın Kiyev, Xarkov və Lvov şəhərlərində, Türkiyənin İstanbul və Ankara şəhərlərində də təşkilatlarının yaradılması qərarı verilib». Həmsöhbətimizin söhbətlərindən o da aydın oldu ki, yeni partiyanın adı adı «Böyük Xalq Hərəkatı»dır. Bizi izləyin. Daha geniş bilgilər yaxında… Geri qayıt |