Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ASTARA CAMAATI ÜSYAN PÜSKÜRÜR
ASTARA CAMAATI ÜSYAN PÜSKÜRÜR30-04-2013, 09:03 |
GÖMRÜK VƏ YERLİ İCRA NARAZILIQ YARADIR Astarada vəziyyət gərinləşməyə başlayıb. TİA.AZ-a rayondan verilən məlumata görə, əhali son dövrlər baş verən hadisələr və üzləşdikləri problemlərdən bezərək, etirazlarını bildirmək üçün hazırlıq görürlər. Məlumatda deyilir ki, artıq iki gündür rayon camaatı Gömrük Keçid Məntəqəsində ciddi problemlə üzləşiblər. Belə ki, İrana gedən yerli sakinlər oradan gətirdikləri müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının keçirilməsinə görə, gömrükdə onlardan tələb olunan rüşvətin daha da artırıldığından şikayətçidirlər. Onlar artıq bu şəkildə davam etməsinin mümkün olmadığını deyərək, etiraz aksiyası keçirməyi düşünürlər. Mənbə bildirir ki, aksiya keçirmək istəyənlər prosesi Astara Gömrük Keçid Məntəqəsinin qarşasından başlayıb, yürüş edərək Astara rayon İcra Hakimiyyətinin binası qarşısında davam etdirmək niyyətindədirlər. İcra Hakimiyyəti önündə aksiyanı davam etdirməyin səbəbi isə odur ki, icra başçısı Qəzənfər Ağayev də artıq rayonda sahibkarlardan aldığı haqqın miqdarını artırmaqdadır. Bir sıra təmir-tikinti işlərinə görə, sahibkarlardan tələb olunan pulların çox olması haqlı narazılığa səbəb olub. TİA.AZ-a verilən məlumatda o da deyilir ki, əgər Astarada aksiyalara start verilərsə, bu davamlı olacaq. Çünki onlara digər rayon sakinləri də dəstək verməyi planlaşdırırlar. Məsələn, Astaranın mərkəzi bazarında da ciddi narazılıq var. Xüsusən də Qəzənfər Ağayevin bazarı ələ keçirmək istəməsi onların qəzəblənməsinə səbəb olub. Geri qayıt |