Əsas Səhifə > Siyasət, Manşet > TEHRAN HƏLƏLİK SÖZÜNÜ TUTUR
TEHRAN HƏLƏLİK SÖZÜNÜ TUTUR7-12-2011, 17:35 |
DİA.AZ ƏLİ HƏSƏNOVUN ƏLDƏ ETDİYİ ANLAŞMANI MONİTORİNQ ETDİ DİA.AZ Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun İran səfəri zamanı iki ölkə arasında çox mühüm anlaşmaların əldə edilməsi barədə məlumatlar vermişdik və bildirmişdik ki, bu anlaşmaya görə, rəsmi Bakı hicab məhsullarını azad etməli, efirlərdə Bütöv Azərbaycan ideyasına qadağa qoymalı və bir sıra addımları atmalıdır ki, onların da arasında ən çox diqqətçəkəi İsraillə münasibətlər məsələsi idi. Bu razılaşmaya imza atan digər tərəf kimi İran dövləti də Azərbaycan əleyhinə təbliğatına son qoymalı, Azərbaycan əleyhinə Ermənstanın xeyrinə kəşfiyyat işlərini durdurmalı və digər addımları atmalıdır. Biz də «Dünya» İnformasiya Agentliyi olaraq fars-molla rejiminin nəzarətində olan bir sıra media quruluşlarında monitorinq aparmaq qərarına gəldik. Monitorinqimizdə başlıca məqsəd İranın əldə olunan anlaşmaya hansı dərəcədə riayət etməsi ilə bağlı idi. Monitorinq zamanı məlum oldu ki, hələlik İranın xüsusi xidmət orqanlarının nəzarətində olan mətbu orqanlarda Azərbaycan dövləti, ölkə rəhbərliyi və Azərbaycan xalqı əleyhinə heç bir yeni material yerləşdirilməyib. Lakin köhnə məlumatlar yenə də xəbər portallarının səhifələrində qalmaqda idi. Və onlardan birini diqqətinizə çatdırırıq. «Abna» portalında yer alan bu material Azərbaycan xalqını islam inqilabına təşviq edilməsi kimi də qəbul oluna bilər: «Qalx ayağa Azərbaycan Məhərrəm ayı gəldi. Qalx çoşsun qəlbindəki Allah eşqi, şəhidlik arzusu. Qalx ey, müsəlman Həzrəti Hüseynin (ə) haqq yolunda şəhid oldu. O Həzrət bizlərə şəhidlik məktəbini öyrətdi, çihadı İsalmı qorumaq üçün bizlərə vasitə qoydu. Zülmün köksünə qılınc vurmağı öyrətdi. Şəhadətə yetişməyi anlatdı. Qalx ey, Azərbaycan budur gəlir Kərbəla yolundan Hüseyninin (ə) bayrağı. Qarşıla, andını iç , əhdini bağla və toplan İmamın bayrağı altında və göstər Allah sevgini, inancını. Azərbaycan müsəlmanı, sənə zülm edənə dur de, bağır dünya ya müsəlman olduğunu, haqlı olduğunu söylə. Al, İmamın bayrağını əsdir məmləkətində, göstər haqqı tağutlara. Al, zülmün əlindən dinini, dindarını. Səslənin İslama, cihada. Birləşin, Allahın ayı məhərrəmdə birlilk ordusu olun. Hüseyn (ə) ordusu olun Yezid qoşununa qarşı. Müsibətlər yaşayan Azərbaycan möminləri toplanın Aşuradır. İmamın (ə) şəhadətə qovuşdu, haqqa yol açdı. Bu gün meydan sizindir Hüseyn (ə) davamçıları. Dininə sadiqliyi ilə, Allaha olan əhdi ilə düşməni qorxuya salan azərbaycanlı mömin çəkinmə ki, təksən. Sənin Allahın , İmamın (ə) səninlədir. Ey, müsəlman övladları çağrı edin, Hüseynin (ə) ordusuna qoşulun. Çəkinməyin kafirlərin qurduğu hiylədən , düşməyin onların toruna. Diqqətlə baxın İslam düşmənlərinin müsəlman qarşısında necə qorxaq, necə çarəsiz olduğuna. Onlar qəlblərini şeytana satan zamandan məğlub olublar. Onlar qarşınızda bağıran acizlərdirlər. Bundan başqa edə biləcəkləri yoxdur. Onların vasitəsilə Azərbaycanda İslam bir daha möhrünü vuracaq və sübut olunacaq ki, bu xalqın dini, güvəndiyi Allahı var. Çağrı, Aşuraya çağrı edin. Sancın haqqın bayrağını zülmün bağrına. Həzrəti Hüseyinə(ə ) layiqli əsgər olun və onun davamçısı olduğunuzu göstərin. Zalımın zülmü varsa, möminin Allahı var. Aşuraya dəvət edin hər kəsi». Geri qayıt |