Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SAATLIDA MANISLARI DA ƏZMƏYƏ BAŞLAYIBLAR

SAATLIDA MANISLARI DA ƏZMƏYƏ BAŞLAYIBLAR


30-04-2013, 09:34
SAATLIDA MANISLARI DA ƏZMƏYƏ BAŞLAYIBLAR
MUSİQİÇİLƏR "FAİZƏ OTURDULDU"

Saatlıda fəaliyyət göstərən şadlıq saraylarında yeni qaydalar tətbiq olunub. DİA.AZ-a verilən məlumata görə, artıq bütün şadlıq evlərində keçirilən toylarda iştirak edən musiqiçilər qazandıqları pulun 30 faizini həmin şadlıq saraylarının sahiblərinə verməlidirlər.

Məlumatda deyilir ki, bu qayda qoyulandan sonra musiqiçilər etiraz etməyə başlayıblar. Hətta bu narazılıq bir neçə də müzakirə də edilib, amma həllini tapmayıb. Çünki şadlıq evlərinin sahibləri pulu aldıqdan sonra musiqiçiləri içəri buraxmağı qərarlaşdırıblar. Ona görə də, əsas ağırlıq yenə də toy sahiblərinin üzərinə düşüb. Belə ki, bundan sonra həmin 30 faizi onlar ödəməli olacaqlar.

Bildirək ki, bu kampaniyaya Saatlıdakı tək bir şadlıq sarayı qoşulmayıb. O da «Ayşən» şadlıq evidir ki, onun sahibi musiqçilərdən nə haqq istəyir, nə də belə bir fikirdə olduğunu deyir.

Geri qayıt