Əsas Səhifə > Sosial, Manşet > SALYANDA «NAXÇIVAN KLANI» PROBLEMİ YARANIB

SALYANDA «NAXÇIVAN KLANI» PROBLEMİ YARANIB


30-04-2013, 09:49
SALYANDA «NAXÇIVAN KLANI» PROBLEMİ YARANIB
YERLİ SAKİNLƏR İCRA BAŞÇISINDAN VƏ ONUN ƏTRAFINDAN GİLEY EDİR

DİA.AZ: - Salyan rayon sakinləri də yerli icra strukturlarındakı məmur özbaşınalıqlarından giley-güzar edirlər. Bu barədə DİA.AZ-a müraciət edən bir qrupp rayon sakininin bildirdiyinə görə, icra başçısı Tahir Kərimov və onun yaxın çevrəsi rayondakı bütün gəlirli sahələri qısa müddət içində nəzarətə götürdüklərindən yerdə qalan sakinlər bir qarın çörək uğrunda rəsmən savaş aparmaq zorunda qalıblar.

Sakinlər şikayət ərizələrində yazırlar: «Zamanında Salyan rayonu ölkənin ən zəngin rayonlarından biri olub. Camaatımız da kifayət qədər bacarıqlı, işgüzar olduğundan Salyanda kiminsə ac qalması mümkünsüz olub. Ən fərsiz olanımızın belə evində qazanı qaynayıb.

Amma bu gün Salyan rayonunun camaatı rəsmən acından ölür. Sürətli şəkildə səfilləşmə prosesi gedir. Rayonda borcu olmayan yoxdur. Bir yandan bankların kreditləri, sələmə, faizə götürülən pullar insanları çətin duruma saldı, digər yandan da iş yerlərinin olmaması, olan gəlir yerlərinin də son bir il ərzində icra başçısı Tahir Kərimov və onun yaxın ətrafı tərəfindən qəsb edilməsi yerli camaatı çətin vəziyyətə salıb».

Sakinlər bildirir ki, bu gün Salyan camaatını narazı salan məqamların başında dayanan əsas faktor yerlibazlıqla əlaqədardır: «Salyanlılar heç vaxt yerlibazlıq etməyiblər. Amma bu gün bizi yerimizdə məhz salyanlı olduğumuza görə əzirlər. Burada Naxçıvan klanı hakimiyyətdədir. Bir nəfər yerli sakinin irəli çıxma şansı yoxdur. Hətta çayxananı belə öz adamlarına işlətməyə verirlər. Bunun bir sonu olmalıdır. Yoxsa, yerli camaat ayağa qalxıb, öz arasından icra başçısı seçməli olacaq».

Yazıda yer alan ittihamlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt