Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ AYGÜNLƏ BAĞLI MƏSƏLƏDƏN DANIŞDI

RƏQSANƏ AYGÜNLƏ BAĞLI MƏSƏLƏDƏN DANIŞDI


30-04-2013, 09:56
RƏQSANƏ AYGÜNLƏ BAĞLI MƏSƏLƏDƏN DANIŞDI
"HƏR İKİSİ GÖZƏLDİR"

Müğənni Rəqsanə xalq artisti Aygün Kazımova ilə oxşar libas geyindiyi haqda iddialara münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, müğənni deyib ki, şəkillərdəki libası Aygün Kazımovanın “Türkiyə Musiqi Ödülləri” müsabiqəsinin mükafatlandırma mərasiminə qatılarkən geyindiyinin eynisi deyil.
“Qızım Aysun bu paltarın dizaynını ötən ay düşünüb. Son bir həftədə tikib hazır edib. Məclislərə geyindiyim son ən yaxşı libaslarımın müəllifi Aysundur. Qızım sırf beyninin məhsulunu ortaya qoyub. Onun zəhmətini itirmək yox, dəyər verilməsini isəyirəm. Sadəcə hər iki paltarın parçasında oxşarlıq var və bu səbəbdən belə fikirlər yaranıb”.
Rəqsanə Aygün Kazımova ilə münasibətlərindən də danışıb:
“Aygün xanıma hörmətim sonsuzdur. Münasibətlərimiz çox yaxşıdır. Geyimlərini də bəyənirəm. Özümün qarderobum da kifayət qədər zəngindir və hamı geyim zövqümün yüksək olduğunu deyir. Hər ikimizin geyimi gözəldir”.

Geri qayıt