Əsas Səhifə > Dünya > MÜXALİF DEPUTATIN KABİNETİNƏ BASQIN

MÜXALİF DEPUTATIN KABİNETİNƏ BASQIN


30-04-2013, 10:47
MÜXALİF DEPUTATIN KABİNETİNƏ BASQIN
SAAKAŞVİLİNİN ŞƏKLİNİ YANDIRDILAR

“Gürcü arzusu” partiyasının nümayəndələri müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı David Çavçanidzenin qəbul otağına basqın ediblər.

APA-nın məlumatına görə, insident Çavçanidzenin namizədliyini irəli sürdüyü Xoni şəhərində baş verib. “Gürcü arzusu”nun təmsilçiləri prezident Saakaşvilinin portretini çıxararaq partiyanın bayrağı ilə birlikdə yandırıblar. Onlar prezident tərəfdarlarından binanı boşaltmağı tələb ediblər. Vahid Milli Hərəkatın nümayəndələri isə bu tələbə tabe olmaqdan imtina ediblər.

Geri qayıt