Əsas Səhifə > Güney Press, Araşdırma > RAMİZ MEHDİYEV İRANDA QƏRBƏ QARŞI DANIŞDI
RAMİZ MEHDİYEV İRANDA QƏRBƏ QARŞI DANIŞDI30-04-2013, 11:52 |
"QƏRB AZƏRBAYCANDA İNQİLABLARA CƏHD EDİB" Ötən gün Tehranda prezident Mahmud Əhmədinecatla Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görüşü olub. Rəsmi İRNA agentliyinin məlumatına görə, M.Əhmədinecat Azərbaycan və İran xalqları, həmçinin iki ölkə hökumətləri arasındakı münasibətləri “qardaş münasibətlər” adlandırıb. Lakin sionistlərin, qərb ölkələrinin və ABŞ-ın xüsusi xidmətləri bu münasibətləri zəiflətməyə çalışırlar. Düşmənlər Azərbaycan və İran xalqları arasında dostluğu və qardaşlığı görmək istəmirlər. Lakin iki xalq bu münasibətlərin inkişafı və irəliləməsi yolu ilə gedir. Tarix göstərir ki, öz maraqlarını güdən xarici qüvvələr məqsədlərinə çata bilmir, M.Əhmədinecat vurğulayıb. İRNA-nın məlumatına görə, öz növbəsində R.Mehdiyev qeyd edib ki, Azərbaycan İranla əlaqələri genişləndirməyə çalışır və bu planda istifadə olunmamış böyük imkanlar var. O deyib ki, Qərb Azərbaycanda bir neçə “rəngli inqilab”a təşəbbüs göstərib. Lakin onların heç biri baş tutmayıb. “Son on ildə Azərbaycanın möhkəmlənməsi və inkişafı Qərbi məyus edir, odur ki, onlar Azərbaycanda sülhü və sabitliyi pozmaq üçün müəyyən addımlar atırlar”, - R.Mehdiyev vurğulayıb və “Azərbaycanda təhlükəsizliyi pozmaq üçün müxtəlif qurumlara və ölkə vətəndaşlarına bir milyon dollar paylayan NDİ-in Bakı nümayəndəsinin hərəkətini qeyd edib. O deyib ki, İlham Əliyev İrandakı hakim rejimi dəstəkləyir, prezident M.Əhmədinecatı isə öz dostu və tərəfdaşı hesab edir. “Güclü və stabil İranın olması Azərbaycan üçün sərfəlidir”, - o vurğulayıb. R.Mehdiyev M.Əhmədinecata müraciətlə deyib: “Sizin adınız və əməlləriniz daxili, regional və qlobal siyasətə qızıl hərflərlə yazılıb, biz bunu aydın şəkildə görürük və bu səbəbdən də sizə belə hörmət edirik”. Geri qayıt |