Əsas Səhifə > Cəmiyyət, Manşet > “AZAL” ŞEFİ XALQ ARTİSTİNİN GÜDAZINA GEDİR

“AZAL” ŞEFİ XALQ ARTİSTİNİN GÜDAZINA GEDİR


30-04-2013, 13:05
“AZAL” ŞEFİ XALQ ARTİSTİNİN GÜDAZINA GEDİR
NAZPƏRİ DOSTƏLİYEVA QALMAQALI BÖYÜYÜR

DİA.AZ: - Bir neçə gün bundan öncə telekanalların “qara siyahısı”na düşən xalq artisti Nazpəri Dostalıyevaya daha bir zərbə dəymək üzrədir. DİA.AZ bildirir ki, bu barədə “7gun.az” portalı xəbər yayıb.

Saytın iddialarına görə, uzun müddətdir mətbuatda müzakirə olunan Nazpəri Dostəliyevanın “sponsor” AZAL prezidenti Cahangir Əsgərovdur. Qeyd edək ki, Nazpəri Dostəliyevanı himayə edən məmurun kimliyi hətta rəsmi KİV-də də dartışılıb.

İndi isə sözügedən portal xəbər yayıb ki, məhz Nazpəri Dostəliyevanın Müsavat başqanı İsa Qəmbərin oğlunun toyunda oxuması səbəbindən onun “sponsoru” da hədəfə çevirilib. Mənbə yazır ki, “AZAL” şefini ciddi şəkildə cəzalandıracaqlar. Artıq bu barədə hakimiyyətin üst qatında da məsələlər həll olububdur.

Mənbə bildirir ki, Cahangir Əsgərovun işdən çıxarılması əsas müzakirə mövzusu olubdur. Qeyd edək ki, Nazpəri Dostalıyevanın qara siyahıya düşməsi səbəbi kimi İlhamə Quliyeva ilə aralarında olan konfilikt və İsa Qəmbərin oğlunun toyunda oxuması versiyaları irəli sürülür. Artıq bununla bağlı “Lider” telekanalının rəsmisi “verilişlərə dəvət olunmursa deməli “qara siyahı”ya düşüb” ifadəsini işlədib. Digər telekanal “Space” kanalı isə bunu cəfəngiyyat adlandırıb.

Yazıda adı keçən şəxslərində mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt