Əsas Səhifə > Cəmiyyət, Manşet > ƏLİ HƏSƏNOV QAÇQINLARA ERMƏNİ ZÜLMÜ YAŞADIR
ƏLİ HƏSƏNOV QAÇQINLARA ERMƏNİ ZÜLMÜ YAŞADIR30-04-2013, 13:30 |
QAÇQIN AİLƏSİ ŞOK FAKTLARI AÇIQLADI DİA.AZ: - "Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun özbaşınalıqları barədə bir qurup məcburi köçkünün adından elektron ünvanımıza müraciət daxil olub. DİA.AZ bildirir ki, bu barədə "azerinews.org" xəbər yayıb. Mürəciəti oxucuların diqqətinə olduğu kimi dərc edirik. "13 iyun 2012-ci ildə IX mikrorayon Həmzə Babaşov küçəsində, Təcili Yardımın 9 mərtəbəli yarımçıq binasında baş vermiş güclü yanğın zamanı 20-yə yaxın ev tamamilə yanaraq kül olmuş, 10-15 evə də qismən ziyan dəymişdir. Dövlətqaçqınkom yanğın adı ilə binanın 6-cı mərtəbəsindən yuxarını tamamilə ləğv edərək 50-dən çox ailəni Mehdiabad qəsəbəsində salınmış Yeni Yaşayış Massivində, (Gənclər Şəhərciyi)ndə, binaların zirzəmisində yerləşdirdi. Həmin vaxt yanğından gələnlərin hamısını zirzəmilərə yığdılar. Hamının orderində 6 mərtəbəli bina, binanın №-si və mənzilin №-si, 1a, 2a, 3a, 4a və s. yazılmışdı. Narazılıq edənlərə də söz verdilər ki, sizi bura müvəqqəti yığırıq, sizi yuxarı mərtəbələrdə qanuni evlərlə təmin edəcəyik. (Bu günə kimi heç bir tədbir görülmədi). Bu binalar orderlərdə 6 mərtəbə kimi gedir, lakin faktiki olaraq bu binaların zirzəmilərini də ev kimi düzəldiblər və 7 mərtəbəlidir. Zirzəmilərdə yerləşdirilmiş evlərin divarlarına, altdan yuxarı su çıxır, divarlar, tavan uçub tökülür, evlər tamamilə rütubət, nəmişlik içərisindədir, havasızlıqdır, pəncərəni açmaq olmur, it, pişik, toz-torpaq evə dolur, eyvan yoxdur ki çıxıb hava alasan. Oradan gələndən uşaqlar tez-tez xəstələnir. Kanalizasiya xətləri partlayıb evlərə dolur. Bütün kanalizasiya xətləri dəhlizdə başımızın üstündədir. Yuxarı, qanuni birinci mərtəbənin dəhlizində belə bir şeylər yoxdur. Tez-tez partlayıb dəhlizə tökülür. Son yagışda kanalizasiya boruları tutuldu və binanın bütün çirkab suları “evlərimizə” doldu. Bütün aidiyyatı orqanlar bunun şahididirlər. Hal-hazırda iy, üfunət “evlərə” çöküb. Aidiyyatı qurumlar heç bir tədbir görmürlər. Hal-hazırda bu yaxında yeni binalar tikilməkdədir. Bizləri həmin binada yuxarı qanuni mərtəbələrdə yerləşdirə bilərlər. Amma onların fikirlərindən aydın olur ki bu qədər ailənin artıq ölüm fərmanını veriblər. Bizim “mərtəbənin” zirzəminin adına da 1a yazıblar. Bütün xətlərin son dayanacağı bizi aldadaraq yığdıqları bu zirzəmidir. Belə bir evlərdə yaşamaq nəinki bizim, hətta bizim gələcəyimiz (övladlarımız) üçün böyük bir təhlükədir. Həmin günün səhəri evləri tamamilə yanan ailələrə adambaşına 350 AZN, qismən yanan adı ilə başqalarına isə adambaşına 300 AZN və hər ailəyə də 2 "rasladuşka" verdilər. Bu da evi yananla evi yanmayana qoyulan fərq oldu. Bundan başqa əmlak barədə yanan mal mülk haqqında bizə heç bir yardım (kompensasiya) verilmədi. Onu da qeyd edək ki, onsuz da 2013-cü ildə Təcili Yardımın yarımçıq binasında məskunlaşan bütun ailələrin “Qaçqın və məcburi köçkünlərin ev və məişət şəraitinin yaxşılaçırılması” adlı dövlət proqramı ilə köçürülməsi olacaq idi və artıq prezidentimiz bu barədə fərman da verib və yaxın günlərdə həmin bina köçürüləcəkdir. İndi hörmətli Xalqımız, siz deyin: Bizim yanğında hər şeyimizi itirməyimiz bir bəla, belə evlərə yığılmağımız isə bizə vurulan ikinci zərbə, bəyük bir haqsızlıq və hüquqlarımızın kobudcasına pozulması deyilmi. Bu barədə biz, aidiyyəti orqanlara dəfələrlə müraciət etmişik məktublarımıza cavab gəlir ki, sizə ev püşkatma yolu ilə verilib və ömrünüzün axırına kimi orada qalacaqsınız (Çürüyəcəksiniz) Burası sual altındadır ki, niyə yuxarı mərtəbələrdə yetərincə ev olduğu halda bizlərə ancaq taxtapuşdan və zirzəmidən verilir. Bizim də hüquqlarımız orta mərtəbələrdə (eyvanlı evlərdə) yaşayanların hüquqları ilə eyni səviyyədə deyilmi. Ünvan: Abşeron rayon, Mehdiabad qəsəbəsi, “Gənclər Şəhərciyi” binaların zirzəmiləri (Gəlib bu vəziyyətimizi görə də bilərsiniz. Əvvəlcədən təşəkkürlər!)". Geri qayıt |