Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOVUN QƏZET «VERGİSİ»
MİSİR MƏRDANOVUN QƏZET «VERGİSİ»8-12-2011, 11:53 |
ORTA MƏKTƏBLƏRDƏ YENİ YIĞIM «SEZON»U BAŞLAYIB DİA.AZ: - Orta məktəblərdə şagidlərin müxtəlif adlarla talan edilməsi siyasəti davam edir. «Süpürgə pulu», «salyarka pulu», «fond pulu», «pərdə pulu», «təmir pulu» və s. adlarla şagirdlərin sözün həqiqi mənasında qarətə məruz qaldığı məktəblərdə bayram və ad günləri tarixləri də, pul yığımı mövsümü hesab edilir. Bu günlərdə təhsil müəssisələrində baş verən özbaşınalıqlarla bağlı redaksiyamıza daha bir maraqlı məlumat verən etibarlı mənbə, məktəblərdə şagirdlərin qarət edilməsinin yeni üslulunun gündəmə gəldiyini bildirib. Adının çəkilməsini istəməyən mənbənin məlumatına görə, son bir neçə həftədir ki, paytaxt məktəblərində «qəzet pulu» məsələsi ortalığa çıxıb ki, bu da təhsil müsəssisəsinə daxil olan dövlət qəzetlərinə görə, şagirdlərin «ictimai fəaliyyətə» cəlb edilməsini nəzərdə tutur. Bu məqsədlə də hətta birinci sinif şagirdlərinini belə hər birindən nə az nə çox, düz iki manat məbləğində pul alındığını bildirən mənbə, məlum tendensiyanın məktəblər arasında getdikcə populyarlaşmaqda olduğunu qeyd edib: «Əvəllər məktəblərə yalnız bir qəzet - «Azərbaycan müəllimi» qəzeti gəlirdi ki, bu qəzetin bütün müəlimlər tərəfindən alınması zəruri idi. Başqa sözlə desək, hər kəs bu qəzetə məcburi şəkildə abunə yazılır, qəzet almasa belə bunun üçün nəzərdə tutulan vəsaiti ödəyirdi. Bu prosesə müəssisəsnin pedaqoji kollektivi cəlb edilir, şagirdlər isə bütün hallarda məlum prosesdən kənarda qalırdı. Lakin son günlər «Azərbaycan müəllimi» qəzeti ilə yanaşı bəzi dövlət qəzetlərinin də orta məktəblərə axını müşahidə edilməkdədir. İşin ən maraqlı tərəfi isə bu kəs şagirdlərin də qəzet alqı-satqısına cəlb edilməsi ilə bağlıdır. Məktəb direktorlarının göstrərişi əsasında hər bir şagirddən müəssisəyə daxil olan dövlət qəzetləri üçün iki manat məbləğində pul yığan sinif rəhbərləri, bununla həmin qəzetlərin varılğından və mahiyyətindən xəbərsiz olan şagirdləri «milli və ictimai» maraqların müdəafiəsindən kənara qalmamağa çağırır». Mənbənin sözlərinə görə, nəinki şagirdlər, hətta təhsil müəssisələrinin müəllim kollektivi də pulunu ödədikləri qəzetlərin üzünə həsrətdir: «Maraqlıdır ki, nə şagird, nə də müəllim heyəti arasında pulunu ödədikləri qəzetləri görən, bu qəzetlərlə təmasda olan bir nəfər də olsun insan yoxdur. Bu qəzetlər yalnız məktəb direktoru və onun yaxın ətrafına verilir ki, bu da tamamilə formal xarakter daşıyır. Əsas məqsəd qəzet alqı-satqısından biznes növü kimi faydalanmaq və «sivil qarət» yolu ilə külli miqdarda pul toplamaqdır». Mənbənin bildirdiyinə görə, dövlət qəzetlərinin müəssisə ərazisindəki satışı həmin qəzetlərin redaksiyasına və məktəb rəhbərliyinə böyük miqdarda maddi gəlir qazandırır: «Məsələ bundadır ki, bu gün paytaxt məktəblərində çoxlu sayda şagird oxuyur ki, bu müəssisələrin bir çoxu şagird sayına görə xüsusilə diqqət çəkir. Bu gün ölkə paytaxtında şagird sayı 4-5 min civarını ötən xeyli sayda məktəb mövcuddur. Əgər 4 min nəfər şagirdin təhsil aldığı məktəbdə hər ay və ya hər 2-3 aydan bir hər şagirddən 2 manat pul alındığını nəzərə alsaq, hər yığımda 8 min manat nəğd pul vəsaitinin toplandığı aydın olar. Xatırladaq ki, bura məktəbin müəllim kollektivi və texniki personalı da daxildir ki, bu da məlum məbləğin daha da artmasına şərait yaradır. Bütün bunları nəzərə alsaq, əminliklə demək olar ki, “qəzet pulu” biznesi yaxın gələcəkdə daha da “çiçəklənəcək” və əyalətlərdə də tərəqqi tapacaqdır». Mənbə məlum tendensiyanın artıq indidən ictimai sferada ciddi narazılıq və etirazla müşahidə olunduğunu bildirdi. Mənbənin sözlərinə görə, həllik ilkin mərhələdə olan etirazların yaxın aylarda daha kəskin şəkildə ortaya çıxacağı istisna deyil: «Sözügedən tendensiya yeni meydana gəldiyi üçün valideynlərin bir çoxu məlum olayı ötəri hesab edir və problemin iki manat ödəməklə ötüşəcəyini güman edirlər. Odur ki, onların bəziləri məktəb rəhbərliyi ilə konfiliktə girməmək üçün tələb olunan pulu verir, bununla da özlərini «lazımsız söz-söhbətdən» qoruyurlar. Lakin elə valideynlər də var ki, övladlarına «qəzet pulu» vermir və ya məktəb direktorunun qəbuluna girərək ondan məlum məsələyə aydınlıq gətirməsini tələb edirlər. Yeni «vergi növü»nün ağırlığı sosial baxımdan zəif təmin olunan və ya bir deyil, bir neçə üzvünün təhsil müəssisələrində oxuduğu ailələrdə özünü daha aydın büruzə verir. Bu baxımdan, «qəzet pulu» yığımının davamlı olmasıilə yanaşı, valideynlər arasındakı narazılığın da buna müvafiq olaraq artacağı şübhəsizdir». Mənbənin sözlərinə görə, «qəzet pulu» yığımının valideynlər arasında ciddi narazılıq yaratmasına baxmayaraq, məktəb direktorları onlara hər ay bolluca pul qazandıran məlum üsuldan imtina etmək fikrində deyil: «Yeni gəlir metodunun özü ilə yeni problemlər və başağrıları gətirməsinə baxmayaraq, ortada olan gəlirin miqyası məktəb direktorlarını «qəzet pulu» sevgisindən imtina etməyə qoymur. Əksinə, direktorların bir qismi yeni metoddan daha effektiv istifadə etməyin yollarını arayır, bir çoxları isə özlərini əngələ salmamaq üçün «problemli» şagirdlərin siyahısını hazırlayırlar. Məktəb direktorlarının fikrincə, ən pis halda bu şagirdləri prosesdən kənarda qoymaqla qəzet pulu yığımını digər şagirdlərin hesabına həyata keçirmək mümkündür. Bir sözlə, görünən odur ki, Azərbaycanın elm ocaqlarında yaxın gələcəkdə elmə heç bir aidiyyatı olmayan yeni problemlər özünü göstərəcək ki, onların da indiki reallıqlar çərçivəsində həll ediləcəyi o qədər də inandırıcı görünmür». Geri qayıt |