Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ 1 MAY HƏYƏCANI

TÜRKİYƏDƏ 1 MAY HƏYƏCANI


1-05-2013, 10:16
TÜRKİYƏDƏ 1 MAY HƏYƏCANI
SOLÇULAR BU GÜN MEYDANA AXIŞIR

Türkiyənin böyük şəhərlərində Bir May bayramının keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri gücləndirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Hürriyyət" qəzeti xəbər yayıb.
Qəzetin məlumatına görə, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən, xüsusilə İstanbul şəhərinin Taksim və Şişli rayonlarında nəzarət gücləndirilib. Bu rayonlarda hər il tez-tez polislə toqquşmalarla nəticələnən işçilərin təntənəli yürüşü keçirilir.
Ötən gün İstanbul şəhərinin meri Hüseyn Avni Mutlu bildirib ki, meriya Bir May münasibəti ilə yürüşün keçirilməsinə icazə verməyib, ona görə də istənilən aksiya qanunsuz hesab olunacaq.

Geri qayıt