Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKIXANOV QƏSƏBƏSİNDƏ RƏZALƏT

BAKIXANOV QƏSƏBƏSİNDƏ RƏZALƏT


1-05-2013, 10:22
BAKIXANOV QƏSƏBƏSİNDƏ RƏZALƏT
ŞƏHİD BULAĞI DARMADAĞIN EDİLDİ

Sabunçu rayonu Bakıxanov qəsəbəsində böyük tikinti, abadlıq və quruculuq işlərinə başlanılıb. Artıq qəsəbənin infrastruktutu tamamilə dəyişib. Binalar milli üslubda bərpa edilir, ağlay daşlardan üzlüklər çəkilir. Köhnə və yarasız uçuq evlər, eləcə də lüzumsuz tikililər sökülərək yerində daha müasir binalar, sosial obyektlər tikilir. Həmçinin ərazilər zibilliklərdən təmizlənərək yerində yaşıl parklar salınır, məhlədaxili yollar asfaltlanır.
"Həftə içi"nin məlumatına görə, hazırda qəsəbədə irimiqyaslı abadlıq və bərpa işləri aparılsa da, çoxmərtəbəli binaların həyətində salınmış park və bulaqlar baxımsızlıqdan dağılaraq sıradan çıxır. Bunlardan biri də Deputat küçəsində yerləşən 3 saylı 9 mərtəbəli yaşayış binasının həyətində tikilmiş "Emil bulağı"dır. Sakinlərin dediyinə görə, şəhid Emil Muradovun xatirəsinə tikilmiş bu bulaq onun valideynlərinin şəxsi vəsaiti hesabına başa gəlib. Bulağın ətrafında abadlıq işləri aparılb, yaşıl park salınıb. Şəhidin atası evini satıb başqa yerə köçdükdən sonra bulaq baxımsız qaldığından dağıdılıb. Hazırda bulağın kafel üzlükləri qopub, sü xətti və iki krandan biri çıxarılıb.

BAKIXANOV QƏSƏBƏSİNDƏ RƏZALƏT
BAKIXANOV QƏSƏBƏSİNDƏ RƏZALƏT

Bulağın bu vəziyyətə düşməsinin səbəbini aydınlaşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 39 saylı Mənzil Kommunal İstismar Sahəsində olduq. Adıçəkilən qurumun rəisi Rəcəb Məmmədov bildirdi ki, bulaq şəxsi vəsait hesabına tikildiyindən dövlət qeydiyyatına alınmayıb. Bu səbəbdən bulağa şəkilən su xətti də qanunsuz hərəkət kimi aktlaşdırılıb və artıq içməli su xətti də kəsilib.

...Belə davam etsə, paytaxtda bir bulaq belə, qalmayacaq. İsti yay günlərində küçədə əl-üz yumağa və yaxud su içməyə bir bulaq tapılmayacaq. Səbəb isə odur ki, aidiyyəti qurumlar bu bulaqlara dövlət nəzarətinin öz üzərinə götürmək istəmir. Üstəlik "Azərsu" ASC-nin yerlərdəki qurumları tərəfindən bulaqlara gələn su xətləri bağlanır. Yerli Sukanal idarələri bunu həmin bulaqlarda su sayğacların olmaması ilə əlaqələndirirlər. Nəzərə alsaq ki, su xətti çəkmək, bulaq qurmaq savab işdir və paytaxtda salınmış bulaqlarla həm də şəhidlərimizin adı əbədiləşdirilib, onda bu bulaqları qorumaq hər birimizin müqəddəs borcu olmalıdır.

Geri qayıt